...

Azərbaycan Parlamenti "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunun sərtləşdirilmədiyini bəyan edib

Siyasət Materials 8 May 2008 13:22 (UTC +04:00)
Azərbaycan Parlamenti "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunun sərtləşdirilmədiyini bəyan edib

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir E.Babayev/ Azərbaycan Milli Məclisinin Aparatının rəhbəri "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunun sərtləşdirilməsi barədə müxalifətin iddiaları ilə razılaşmır. "Qanun daha da demokratikləşdirilib və müasir tələblərə uyğunlaşdırılıb, eyni zamanda polisə əlavə hər hansı səlahiyyət verilməyib" cümə axşamı Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələrindən sonra "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna əlavə və dəyişikliklər edilib. Venesiya Komissiyası müzakirələr zamanı Azərbaycanın müxalifət partiyalarının təkliflərini də dinləyib.

Müxalifət isə hesab edir ki, qanunda aksiyalara yerli hakimiyyət qurumları tərəfindən icazə verilməsi məsələsinin saxlanılması doğru deyil. AXCP Ali Məclisinin sədri Qulmahüseyn Əlibəyli Trend a bildirib ki, yeni qanunda polisə əlavə səlahiyyətlər ayrılıb. Yəni polis aksiyanı yarımçıq saxlamaq hüququna malik olacaq.

Mirzəyev vurğulayıb ki, qanunda polisə əlavə səlahiyyətlərin verilməsi doğru deyil. "Bu, qanunda həmişə olub və yenə olduğu kimi saxlanılıb. Əgər aksiya qeyri-qanuni keçirilərsə, yəni aksiya yerli hakimiyyət orqanı ilə razılaşdırılmayıbsa, polislər onun keçirilməsinin qarşısını alacaqlar", Mirzəyev əlavə edib. Parlament rəsmisi qeyd edib ki, qanunda aksiyalara müvafiq dövlət qurumları tərəfindən icazənin verilməsi məsələsi saxlanılıb. "Qanunda göstərilib ki, aksiyaların keçirilməsi başqa insanların sərbəst hərəkətinə mane olmamalıdır. Bu olduqda, aksiyalara tələb olunan yerlərdə icazə verilməyəcək. Yerli hakimiyyət orqanları aksiya keçirmək istəyən qurumlara məsləhət verəcək ki, aksiyanı hansı ərazidə keçirə bilərlər. Bu, dünya praktikasında da belədir", Mirzəyev deyib.

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ötən həftə Milli Məclisə göndərilib. Layihələr bu ay Parlamentdə müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti