Azərbaycan, Bakı, 09 may / " , müxbir S.Ağayeva/ Azərbaycan Əfqanıstanda daimi diplomatik nümayəndəsini təyin edib. Azərbaycan XİN-in Kabildə diplomatik nümayəndəliyin təsis edilməsi barədə məktubunu Əfqanıstanın xarici işlər naziri Rənqin Datfər Spantaya ölkənin Pakistandakı səfiri və həmçinin Əfqanıstana akreditə olunmuş nümayəndəsi Eynulla Mədətli təqdim edib.
Səfirlikdən Trend a cümə günü verilən məlumata görə, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşı İbrahim Qafarov Əfqanıstanın XİN başçısına nümayəndəliyin rəhbəri kimi təqdim olunub.
Tərəflər görüş zamanı qeyd ediblər ki, Azərbaycanın Əfqanıstanda daimi diplomatik nümayəndəliyinin açılması ikitərəfli əlaqələrin ikişafına xidmət edəcək.
Görüş zamanı Əfqanıstanın xarici işlər naziri ölkədə sülh və sabitliyin bərpa olunması üçün beynəlxalq sülhməramlı qüvvələrin tərkibində öz sülhməramlılarını Əfqanıstana göndərən Azərbaycanın dəstəyini yüksək qiymətləndirib.
Diplomatlar həmçinin Azərbaycan və Əfqanıstan XİN başçılarının qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələsini də müzakirə ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend