Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir Y.Əliyev/ İsveçrə Konfederasiyasının prezidenti hesab edir ki, Azərbaycanda xarici sərmayələrə əlverişli şərait yaradılıb və bu, xarici kapital yatırımlarını cəlb edir. "Azərbaycanda xarici sərmayələrə təhlükəsiz şərait yaradılıb və bu, İsveçrə şirkətləri üçün imkanları artırır", - İsveçrə prezidenti Paskal Kuşpen bazar ertəsi Bakıda bildirib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunları üzrə brifinqdə bildirib ki, rəsmi səfərlə ölkədə olduğu üç gün ərzində çox sayda görüş keçirib və bir çox yerlərdə olub. "Azərbaycanın inkişaf səviyyəsi məni heyran edib", - o bildirib. Kuşpen Azərbaycanlı həmkarını İsveçrəyə rəsmi səfərə dəvət edib.
Kuşpen birfinqədək Azərbaycan prezidenti ilə təkbətək görüşüb, sonra isə hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş lər keçirilib. Danışıqlar zamanı İsveçrə prezidenti siyasi əməkdaşlığın səviyyəsindən razılıq ifadə edib, iqtisadi və mədəni əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
Paskal Kuşpenin Azərbaycana səfəri mayın 13-də başa çatacaq.