...

Azərbaycan prezidenti YUNESKO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 14 May 2008 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul edib. Görüşdə Azərbaycanla YUNESKO arasında əlaqələrin yüksək səviyyədə olduğu, ölkəmizdə bu təşkilatın xətti ilə keçirilən uğurlu tədbirlərin əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyi bildirilib.

Cənab Matsuura ilə Azərbaycan prezidenti arasında keçirilən səmərəli görüşlərin əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb və əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti