...

Azərbaycan və Rusiya sərhədlərin delimitasiyası üzrə ekspert qrupu sərhədə yola düşəcək

Siyasət Materials 14 May 2008 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may/ Trend , müxbir M.Əliyev/ Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə birgə ekspert qrupu sabah Azərbaycan və Rusiyanı ayıran Samur çayı rayonuna yola düşəcək.

"İki ölkəni birləşdirən körpü ilə bağlı nə etməyin mümkün olduğunu müəyyən etmək üçün qruplar cümə axşamı Samur rayonuna yola düşürlər", -Rusiya xarici işlər nazirinin müavini Georgi Karasin Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra çərşənbə günü Bakıda jurnalistlərə bildirib.

O, bundan sonra dövlətlərarası səviyyədə qərar qəbul ediləcəyini bildirib.

Azərbaycan və Rusiya sərhədlərinin iki sahəsi mübahisəlidir - Qusar rayonunda Samur çayının mənsəbindəki sahə, həmçinin, Xaçmaz rayonunda meşə massivi ilə tutulmuş sahə.

Rusiya-Azərbaycan sərhədinin ümumi uzunluğu 370 km təşkil edir və artıq 90-95 faiz razılaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti