Azərbaycan, Bakı, 17 may / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda külli miqdarda narkotik maddə aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, paytaxt Bakıdan 200 kilometr cənub-qərbdə yerləşən Zərdab rayonunun Bıçaqçı kəndinin ərazisində, Kür çayının sahilində 10 hektar sahədən yabanı halda bitmiş, çəkisi 830 kilroqram olan 5300 ədəd çətənə kolu yığılaraq məhv edilib.
Daxili işlər orqanları tərəfindən 2008-ci ilin birinci rübündə qanunsuz dövriyyədən 181 kiloqramdan artıq ( ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox) narkotik vasitə götürülüb, 41,5 kq-a yaxın (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çox) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 400 nəfərdən 367-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 101-i (25,3%) əvvəllər cinayət törətmiş şəxs, 7-si (1,8%) qadın, 1-i (0,3%) yetkinlik yaşına çatmayan şəxsdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]