...

Sidney Olimpiadasının bürünc mükafatçısı Azərbaycan vətəndaşından 10 min dollar tələb etdiyi üçün həbs olunub

Siyasət Materials 20 May 2008 14:52 (UTC +04:00)

Azərbaycan,Bakı, 20 may / Trend , müxbir K.Zərbalıyeva/ Sidney Olimpiadasının bürünc mükafatçısı, Azərbaycan boksçusu hədə-qorxu ilə 10 min dollar tələb etdiyi üçün həbs olunub. DİN-in mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda qeyd olunur ki, mayın 16-da Badamdar qəsəbəsində boksçu Vüqar Ələkbərov "İnşaatçı-E" MMC-nin təsisçisi Kənan Quliyevi hədələyərək zor tətbiq edib, ona məxsus "Toyota" markalı avtomaşını girov götürüb və 10000 dollar verməsini tələb edib.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ələkbərov 10000 dollar pulu Quliyevdən alarkən tutulub və avtomobil sahibinə qaytarılıb.

Ələkbərov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) maddəsi ilə təqsirləndirilərək Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs olunub.

Ələkbərovla birgə boksçu, dünya və Avropa çempionatlarının iştirakçısı olmuş, prezident təqaüdçüsü Ramal Amanov da saxlanılıb və bir neçə gün sonra azad edilib. Amanov mətbuata açıqlamasında saxlanılarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona işgəncə verildiyini deyib və Azərbaycan vətəndaşlığından imtina edəcəyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti