...

Azərbaycanda futbol oyunlarında polislərin sayı məhdudlaşdırılacaq

Siyasət Materials 21 May 2008 14:03 (UTC +04:00)
Azərbaycanda futbol oyunlarında  polislərin sayı məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 21 may/ Trend , müxbir İ.Əlizadə/ Parlamentin Sosial siyasət komissiyası Azərbaycanın Avropa Şurasının idman yarışları, o cümlədən futbol oyunları zamanı təhlükəsizliyin qorunması üçün meydan və stadionlara gətirilən polislərin sayının azaldılması ilə bağlı konvensiyasına qoşulmasını təsdiqləyib. "Azərbaycanda futbol oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün stadionlara 5-6 min nəfər polis gətirilir. Avropa Şurası hesab edir ki, stadionda çox sayda polisin olması tamaşaçılarda qıcıq yaradır və mənfi hadisələrin baş verməsinə səbəb olur. Ona görə də stadionlara gətirilən polislərin sayının azaldılması vacibdir", - deyə parlamentin Sosial siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında Azərbaycanın Avropa Şurasının İdman Oyunları Komitəsindəki nümayəndəsi, deputat Eyvaz Qurbanov bildirib.

Komssiyanın iclasında Azərbaycanın Avropa Şurasının idmanla bağlı konvensiyasına qoşulması məsələsi müzakirə olunub.

"Avropa Şurası hesab edr ki, idman yarışları zamanı təhlükəsizliyi mülki şəxslər təmin etməlidirlər. Bu, yarışların əyləncə formasında keçməsini və tamaşaçıların istirahətini təmin edər", - deyə Qurbanov qeyd edib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bütün ölklər təsdiqləyəndən sonra sənəd qüvvəyə minəcək.

Artıq 16 ölkə - Andorra, Azərbaycan, Bosniya və Hersoqovina, Kipr, Danimarka, Fransa, Macarıstan, İslandiya, Latviya, Niderland, Norveç, San Marino, Sloveniya, Makedoniya və Böyük Britaniya sənədə qoşulub.

Komissiya sənədi təsdiqləyib və parlamentdə müzakirəyə çıxarılmasını tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti