Azərbaycan, Bakı, 21 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq olunması ilə bağlı sərəncam imzalayıb. Komissiya 2006-cı il noyabrın 20 - də Əbu-Dabi şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında saziş"ə müvafiq olaraq yaradılıb.Azərbaycan tərəfindən Komissiyanın həmsədri iqtisadi inkişaf naziri Heydər Babayev təyin olunub.