...

Polis tərəfindən saxlanılan Azərbaycanın gənclər təşkilatlarının bir qrup üzvü sərbəst buraxılıb

Siyasət Materials 28 May 2008 19:55 (UTC +04:00)
Polis tərəfindən saxlanılan Azərbaycanın gənclər təşkilatlarının bir qrup üzvü sərbəst buraxılıb

Azərbaycan, Bakı, 28 may / müxbir Trend C.Babayeva/ Çərşənbə axşamı Bakıda günorta saatlarında polis tərəfindən saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə gətirilən "Dalğa", "Ol", "AN" hərəkatı və müxalifət partiyalarının qeyri-formal "Biz" koalisiyasının bir qrup üzvü sərbəst buraxılıb. Trend un məlumatına əsasən, Respublika gününü qeyd edən gənclər Kukla Teatrı qarşısında Azərbaycan Demokratik Respublikasının qurucusu Məmmədəmin Rəsulzadənin abidəsi ucaldılacaq parkda saxlanılıb.

Mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 90 illiyi tamam olur. Bu gün Azərbaycanda Respublika Günü kimi qeyd olunur.

"Dalğa" gənclər hərəkatının 12 üzvü polis bölməsində dörd saat saxlanılıb. Hərəkatın sədr əvəzi Araz Qasımovun sözlərinə görə, onlar parkdakı fəvvarənin önünə gül qoyan zaman saxlanılıb. "Polis nəfərləri fəvvarə önünə gül qoymağın cinayət olduğunu əsas gətirərək hərəkat üzvlərini saxlayıb", deyə Qasımov bildirib.

Onun sözlərinə görə, polis bölməsində onlardan izahat alınmayıb, əl izləri götürülüb və fotoşəkilləri çəkilib.

"Biz" kolisiyasında təmsil olunan müxalifətçi Azərbaycan Demokrat Partiyasının gənclər təşkilatının üzvləri Cəmil Hacıyev və Vüsal Əliyev də iki saat polis bölməsində saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Onlar ADR və onun qurucuları haqqında koalisiya tərəfindən hazırlanmış CD diskləri paylayarkən saxlanılmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@

Xəbər lenti

Xəbər lenti