...

Azərbaycanın QHT və KİV-i prezident seçkilərinin keçirilməsində birinci dərəcəli rol oynamalıdırlar – Avropa İttifaqının xüsusi nümayəndəsi (video)

Siyasət Materials 3 İyun 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend müxbir M.Əliyev/ Azərbaycanın qeyri-hökumət təşkilatları və KİV ölkədə demokratik və azad prezident seçkilərinin keçirilməsində birinci növbədə rol oynamalıdırlar. Bu barədə çərşənbə axşamı Bakıda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

"Azad mətbuat və QHT Azərbaycanda azad seçkilərin keçirilməsinə zəmanət ola bilər. Görüşlərimin əksəriyyətində mən, Azərbaycanda söz azadlığı və demokratiya ilə bağlı vəziyyəti müzakirə etmişəm", - xüsusi nümayəndə bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti