...

Bakıda qanunsuz fəaliyyətlə məşğul olan Türkiyə vətəndaşı saxlanılıb

Siyasət Materials 9 İyun 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 İyun / Trend , müxbir K.Zərbalıyeva/ Türkiyə vətəndaşı Bakıda qanunsuz fəaliyyətlə məşğul olduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Saxsı Qablar Zavodunun həyətində Mustafa Çakırın Türkiyə və İtaliya əmtəə nişanlarından istifadə edərək, qanunsuz ayaqqabı istehsalı ilə məşğul olması müəyyən edilib.

Faktla başlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti