...

Yunanıstanda baş verən zəlzələdə azərbaycanlılar zərər çəkməyiblər

Siyasət Materials 9 İyun 2008 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir S.Ağayeva/ Yunanıstanda baş verən güclü zəlzələdən zərərçəkənlər arasında azərbaycanlılar yoxdur.

İyunun 8-də Yunanıstanda 6,5 bal gücündə zəlzələ baş verib, nəticədə, iki nəfər ölüb, 192 nəfər yaralanıb.

Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, zəlzələ Yunanıstan paytaxtından 205 km aralıda yerləşən Peleponnes yarımadasında baş verib. Burada azərbaycanlılar yaşamır.

Səfirliyə zərərçəkənlərin olması barədə məlumat daxil olmayıb.

Zəlzələ nəticəsində onlarla bina dağılıb və bir neçə strateji obyekt zərər çəkib. Təkrar təkanların olacağından ehtiyyatlanan zərərçəkənlər evdə gecələməkdən imtina ediblər. Yunanıstan hökuməti müvəqqəti yaşayış şəraitinin təmin edilməsi ilə məşğuldur, bu məqsədlə çadır şəhərcikləri qurulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti