...

İran bir neçə məxfi nüvə obyektini açmağa səy göstərir - ABŞ-ın MAQATE-dəki nümayəndəsi

Siyasət Materials 10 İyun 2008 16:07 (UTC +04:00)
İran bir neçə məxfi nüvə obyektini açmağa səy göstərir - ABŞ-ın MAQATE-dəki nümayəndəsi

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir G.Əhmədova, D.Xatınoğlu/ ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (MAQATE) nümayəndəsi, səfir Qreqori Şulte ilə Trend -un Fars redaksiyasının müsahibəsi

- İranın MAQATE- nin bu ölkənin nüvə fəaliyyəti ilə bpğlı ittihamları və dəlilləri "əsassız" və "saxta" adlandırmasına necə yanaşırsınız?

- MAQATE Baş direktorunun hesabatında müfəttişlərin neçə illər ərzində çoxsaylı mənbələrdən topladıqları informasiyalar təqdim olunub və burada nüvə silahının yaradılması üzrə işlərə cəlb olunan İran obyektlərinin siyahısı göstərilib. MAQATE İdarə Heyəti üzvlərinin görüşündə Baş direktor Məhəmməd Əl-Bəradei İranın nüvə problemi ilə bağlı ciddi narahatlığını ifadə edib. Məhz bu görüşdə İranın MAQATE- dəki təmsilçisi Soltani ictimaiyyətin bu məsələ ilə bağlı fikirlərini başqa səmtə yönəltməyə cəhd göstərib. O, İdarə Heyəti üzvlərini bu məsələni yenidən nəzərdən keçirməyə çağırıb, həmçinin, MAQATE müfəttişlərinin düzgün mövqe göstərib-göstərməmələrini sual altına qoymağa cəhd göstərib. Lakin MAQATE İdarə Heyətinin üzvləri çaşmayıblar, bu, bir faktdır ki, onlar Baş direktor Əl-Bəradeinin İranın MAQATE ilə mütləq əməkdaşlıq etməsi barədə fikirlərini bölüşürlər. MAQATE İdarə Heyətinin gözləməsi isə tam aydındır - İran nüvə sahəsində öz keçmiş fəaliyyətini tam aşkara çıxarmalı və MAQATE müfəttişlərinin mövcud faktların həqiqiliyini yoxlamağa imkan verməlidir.

- Əl-Bəradei bildirib ki, İran Agentlik müfəttişlərinin bəzi nüvə obyektlərində yoxlamalar aparmasına mane olur. Necə düşünürsünüz, İranda məlum olan obyektlər istisna olmaqla, məxfi obyenktlərin fəaliyyət göstərməsinə dair hansısa şübhələr varmı?

- İran İsfahan və Natanz kimi yerlərdə bəzi məxfi nüvə obyektlərini açmağa cəhd göstərir. MAQATE İdarə Heyətinin bütün üzvləri İranın açıqlanmamış digər nüvə fəaliyyətinə də malik olmasından ehtiyatlanırlar. Bu, MAQATE Baş direktorunun İranı nüvə silahının yayılmamasına dair Əlavə protokolun (NSYƏP) müddəalarını yerinə yetirməyə çağırması səbəblərinin bir hissəsidir. Bu, MAQATE müfəttişlərinin əlavə faktlar əldə etməsinə də imkan verəcək.

Onlar görürlər ki, İran BMT Təhlükəsizlik Şurasının Qətnaməsini pozaraq, nüvə texnologiyalarının hazırlanması üçün uranın zənginləşdirilməsini həyata keçirir. İranın texniki fəaliyyəti, sınaqları, tədqiqatları, təchizatları, həmçinin, nüvə texnologiyaları sahəsində tədqiqatların inkişafına dair müfəttişlərin topladığı məlumatları nəzərə alaraq, düşünürəm ki, biz hamımız olacaqlardan və ya artıq olanlardan narahatıq.

- Azərbaycan MAQATE ilə əməkdaşlıq çərçivəçində, 2009-cü ildə ilk Atom Tədqiqat Reaktorunu tikməyi planlaşdırır. ABŞ Azərbaycanın bu təşəbbüsünü hansı şəkildə dəstəkləyə bilər?

- Ümumiyyətlə, ABŞ bütün dünya üzrə nüvə texnologiyalarının dinc istifadəsini ciddiyyətlə dəstəkləyir. Biz burada, MAQATE- nin Vyanadakı baş qərargahında texniki əməkdaşlıq üçün ən geniş imkanlardan istifadə edirik. Biz bütün sahələrdə nüvə texnologiyalarından istifadə üzrə ən miqyaslı təklifləri irəli sürmək istəyirik, hansı ki, bir çox ölkələr bu texnologiyalardan elektrik enenrjisinin əldə edilməsi üçün istifadə edir. Lakin tənqidə məruz qalan ölkələr nüvə yayılmaması sahəsində ən yüksək təhlükəsizlik standartlarına riayət etmək öhdəliklərini öz üzərlərinə götürüblər. Eyni zamanda, bir çox ölkələr bunu dəstəkləyir. Təəssüf ki, bir sıra ölkələr, o cümlədən Şimali Koreya, İran, Suriya nüvə silahının yayılmamasına dair sənədləri şübhə altına alır.

- İsrail Suriyanın nüvə obyektlərini bombardmana məruz qoyduğuna əmin edir. ABŞ isə, bu obyektlərlə bağlı bəzi sübutları MAQATE-yə təqdim edib. Bu məsələ üzrə MAQATE danışıqları necə gedir?

- Baş direktor bəyan edib ki, Suriya yaxın iki həftədə MAQATE müfəttişlərinin bu ölkəyə səfər etmələrinə razılıq verib. MAQATE İdarə Heyəti Suriyanı əməkdaşlığa çağırıb. Suriya səfiri MAQATE İdarə Heyətinin iclasında ölkəsinin hətta sülh məqsədləri ilə belə nüvə texnologiyaları əldə etmək planları və ya layihələrinin olmamasını bəyan etməkdə davam edib. Biz MAQATE müfəttişlərinin Suriyaya səfərlərini və bu ölkənin nüvə sahəsində digər elan olunmamış fəaliyyətə malik olmamasına dair fikirlərini gözləyirik. Bizim fikrimizcə, sözsüz ki, Suriyadakı reaktor nüvə mahiyyətlidir və Şimali Koreyadakı Yonben reaktoruna çox oxşayır. Yonbendə Koreya Xalq Demokratik Respublikasının əsas mövcud nüvə obyektlərindən biri - AES üçün yanacaq istehsalı üzrə zavod yerləşir. Əlbəttə, Suriyanın bütün bunlar barədə izahı varr.

Mən MAQATE müfəttişlərini və onların işini tam şəkildə dəstəkləyirəm və güman edirəm ki, MAQATE-nin sentyabrda keçiriləcək baş konfransında İran problemi üzrə məsələ aydınlaşacaq.

Xəbər lenti

Xəbər lenti