...

Ukraynada iri Dövlət korporasiyasına vitse-prezident azərbaycanlı təyin edilib

Siyasət Materials 17 İyun 2008 02:28 (UTC +04:00)
Ukraynada iri Dövlət korporasiyasına vitse-prezident azərbaycanlı təyin edilib

Ukrayna, Kiyev. 17 iyun. / müxbir Trend Z.Novosvitskiy/ Ukraynada Azərbaycan diasporunun nümayəndəsi İsa Əliev bu ölkənin "Ukrtransstroy" Dövlət korporasiyasının vitse-prezidenti təyin edilib.

Əliyev Trend ə bildirib ki, onun səlahiyyətinə şərq ölkələri ilə ї Türkmənistan, Azərbaycan, Qazaxstan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan - əməkdaşlıq daxildir.

İsa Əliyev Odessa dövlət universitetinin hüquq fakultəsini bitirib. Ukraynanın hüquq-müxafizə orqanlarında çalışıb.

51 müəssisəsini birləşdirən "Ukrtransstroy" Dövlət korporasiyası Ukraynanın ən iri tikinti şirkətlrindən biridir. O, 1992 ildə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə yaradılıb.

Korporasiya Bolqarıstanda, Vyetnamda, Suriyada, İraqda, Finlyandiyada, Arqentinada, Gürcüstanda, Rusiyada və digər ölkələrdə tikinti işləri aparıb. Hal hazırda şirkət Türkmənistanda iri bir körpü tikir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti