Azərbaycan Prezidenti İordaniya Haşimilər Krallığı Parlamentinin nümayəndələrini qəbul edib
Azərbaycan, Bakı,19 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçıliğı ilə nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və İordaniya kralı Əlahəzrət İİ Abdullahın ölkəmizə və özünün İordaniya Haşimilər Krallığına səfərini məmnunluqla xatırlayaraq, həmin səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri