...

Azərbaycan Prezidenti Rusiya Federasiya Şurasının nümayəndə heyətini qəbul etmişdir

Siyasət Materials 19 İyun 2008 21:55 (UTC +04:00)

Azərbaycan, Bakı. 19 iyun/ Trend / Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olundu. Görüşdə, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələlərin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulandı və bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti