...

Azərbaycanın prezidenti Lüksemburqun Böyük hersoqunu bayram münasibətilə təbrik edib

Siyasət Materials 21 İyun 2008 23:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun/ Trend / Azərbaycanın prezidenti İlham Əliyev Lüksemburqun Böyük hersoqu Anrini milli bayram - Böyük Hersoqun təvəllüd günü münasibətilə təbrik edib.

Dövlət başçısı təbrik məktubunda Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcəyi və genişlənəcəyi barədə əmin olduğunu bildirib.

Azərbaycanın prezidenti hersoqa möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti