Ukrayna, Kiyev, 23 iyun/ Trend müxbir Z.Novosvitskiy/ Bakıda Azərbaycan və Ukrayna prezidentləri ї İlham Əliyev və Viktor Yuşenko arasında ikitərəfli və regional əməkdaşlığa dair danışıqlar keçiriləcək. Bu barədə Azərbaycanın Ukraynada səfiri Tələt Əliyev məlumat verib.
Bunula əlaqədar Viktor Yuşenko "GUAM ї iqtisadi inkişaf və demokratiya Təşkilatı"nın III sammitində iştirak etmək üçün Azərbaycana və Gürcüstana işküzar səfər çərçivəsində tədbirlər planınn həyata keçirməsini hazırlamaq barədə Nazirlər Kabinetinə tapşırıqlar verib, dövlət başçısının qərarında deyilir.
Diplomatın sözlərinə görə, 30 iyun Bakıda prezident Viktor Yuşenkonun bir günlük səfri zamanı yuksək səviyyəldə azərbaycan-ukraüna danışıqları keçiriləcək.
Azərbaycan və Ukrayna prezidentləri Bakıda "Dostluq" kinoteatırı ilə üzbə üz baxçada ukraynalı şair Taras Şevçenkoya heykəlin açılış mərasimində iştirak edəcəklər.
Səfirin sözlərinə görə, planlaşdırılır ki, Azərbaycan və Ukrayna prezidentləri iyulun 1-2 Gürcüstanda keçiriləcək "GUAM ї iqtisadi inkişaf və demokratiya Təşkilatı"nın III sammitində iştrak etmək üçün Bakıdan bu ölkəyə getsinlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]