Ukrayna, Kiyev, 24 iyun/ Trend , müxbir Z.Novosvitski, E.Tariverdiyeva/ Ukrayna tərəfinin rəyinə görə, Rusiya 2017-ci ilə Qara Dəniz Donanmasının Ukrayna ərazisindən çıxarılacağı ilə barışmalıdır. Lakin,Rusiyanın bununla əlaqədar böyük şübhələri var.
"Rusiya hətta böyük səylər yolu ilə donanmanın Ukrayna ərazisindən çıxarılması faktı ilə barışmalıdır", - ukraynalı ekspert Aleksandr Paliy hesab edir.
RF xarici işlər nazirinin müavini Qriqori Karasin dünən bəyan edib ki, Rusiya tərəfi Ukraynaya mövcud sazişin müddəti başa çatdıqdan sonra - 2017-ci ildən sonra Qara Dəniz donanmasının Krımda yerləşməsinə görə icarə haqqını artırmağı təklif edə bilər.
Buna cavab olaraq, Ukrayna XİN mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç çərşənbə axşamı brifinqdə bildirib ki, Ukrayna Konstitusiyası ölkə ərazisində xarici hərbi birləşmələrin yerləşməsini nəzərdə tutumur. "2017-ci il mayın 28 - də RF QD-nin Ukrayna ərazisində yerləşməsinin müddəti başa çatır və 2017-ci il mayın 29 -da Qara Dəniz Donanması Ukrayna ərazisini təkr etməlidir. Bu norma müzakirə olunmur", - o bildirib.
"Mən bu məsələyə yenidən baxa biləcək hakimiyyət və parlament çoxluğunu təsəvvür etmirəm", - Ukrayan XİN-in diplomatik akademiyası nəzdində xarici siyasət institutunun eksperti Pali çərşənbə axşamı Trend -a bildirib.
Palinin sözlərinə görə, Rusiya Ukrayna üçün qazın qiymətlərini ümumavropa səviyyəsindən yüksək təyin edərsə, Kiyev donanmanın öz ərazisində yerləşməsinə görə icarə haqqının artırılması barədə məsələ qaldıra bilər.
"Donanmanın razılaşdırılan müddətdən - 2017-ci ilin mayından sonra Ukrayna ərazisində olması Rusiya üçün bir sıra xoşagəlməz anlar yaradacaq, Ukrayna üçün isə, Rusiyaya həm də maliyyə və siyasi xarakterli güclü təsir vasitəsi olacaq", - ekspert bildirib.
Pali Rusiyanın Ukraynadakı vəziyyəti daxildən "qızıdırmağa" çalışacağını istisna etmir.
"Belə məsələlər ola bilər, lakin Ukraynada separatizm üçün daxili potensial yoxdur. Xaricdən təşəbbüs göstərilərsə, bu o qədər açıq və münaqişəli olacaq ki, Rusiyanın buna risk etməyəcəyini düşünürəm", - o qeyd edib.
Rusiyalı politoloq Sergey Markovun rəyinə görə isə, QD-nin Ukrayna ərazisindən çıxarılması fikri Ukrayna XİN-in rəhbəri Vladimir Oqrızkoya məxsusdur, lakin Ukrayna vətəndaşları və ölkənin digər əksər siyasi qüvvələrinin mövqeyini əks etdirmir.
"Rusiya QD-ni çıxarmağa və onu Ukrayna xalqının iradəsinə zidd olaraq saxlamağa hazırlaşmır. Biz ümid edirik ki, yaxın vaxtlarda Ukrayna demokratik olacaq və ölkənin xarici işlər naziri xarici təsir mərkəzlərinin, xüsusilə də Vaşinqtonun deyil, xalqın iradəsini ifadə etməyə başlayacaq", - Rusiyada Siyasi Araşdırmalar İnstitutunun direktoru Markov Moskvadan telefonla Trend -a bildirib.
Markovun sözlərinə görə, Rusiya məhz Ukrayna xalqının həqiqi rəyini ifadə edəcək qrupla Qara Dəniz Donanmasının ölkədə yerləşməsi haqqında müqavilə imzalayacaq.
Qara Dəniz Donanamsı RF HDQ-nin Qara dənizdə operativ-strateji birləşməsidir. Əsas bazaları Sevastopol (Ukrayna) və Novorossiyskdə yerləşir. Tərkibinə suüstü gəmilər diviziyası, bir neçə gəmi və katerlər briqadası, həmçinin, Novorossiysk HDB, donanma HHQ, sahil qoşunları, birləşmələr və təchizat hissələri daxildir. 2007-ci ilin iyulundan Qara Dəniz Donanmasının komandanı vitse-admiral Aleksandr Kleçkovdur.
"Rusiya ümid edir ki, Ukrayna xalqı öz suverenliyini bərpa edəcək, hazırki narıncı qruplaşma öz siyasi vəzifələrini itirəcək, hakimiyyətə isə, Vaşinqtonun deyil, Ukrayna xalqının həqiqi rəyini ifadə edəcək qrup gələcək", - Markov bildirib.