Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Ermənistanın xeyrinə casusluqla məşğul olan13 nəfəri zərərsizləşdirib - nazir müavini

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Ermənistanın xeyrinə casusluqla məşğul olan13 nəfəri zərərsizləşdirib - nazir müavini

Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini general-mayor Əli Şəfiyevin Trend İnformasiya Agentliyinə müsahibəsi

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir E.Hüseynli/ Yaşadığımız XXI əsr dünyanın geostrateji areallarının dəyişkənliyi, inteqrasiya proseslərinin sürətlənməsi, habelə beynəlxalq təhlükəsizliyi hədələyən yeni təhlükələrlə xarakterikdir. Silahlı separatçılıq, dini və siyasi ekstremizm, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və terrorçuluq kimi qorxulu təzahürlər Azərbaycan üçün də təhlükədir. Lakin bu gün dönməz ictimai-siyasi sabitlik yaradılmış, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında milli maraqların qorunması və yuxarıda göstərilən təhdidlərlə mübarizə üçün lazımi şərait və təsirli əks-tədbir imkanları mövcuddur. Bu baxımdan, milli təhlükəsizliyin etibarlı təmin olunmasında özünəməxsus rolu olan Azərbaycan xüsusi xidmət orqanlarına ictimaiyyət tərəfindən daim maraq vardır. Bu və digər suallara ətraflı cavab almaq üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini general-mayor Əli Şəfiyevə müraciət etdik.

-Azərbaycan öz iqtisadi göstəricilərinə görə bu gün sürətlə inkişaf etməkdə olan dövlətlərdəndir. Məlumdur ki, Azərbaycanın siyasi-iqtisadi və mədəni əlaqələr üçün açıq dövlət olmasından müəyyən qüvvələr də yararlanmağa çalışır və bu mənada, beynəlxalq terror şəbəkəsi istisna deyil. Belə bir şəraitdə, ümumbəşəri bəlaya çevrilmiş terrorçuluqla mübarizə sahəsində təhlükəsizlik orqanlarının fəaliyyəti barədə mümkünsə məlumat verərdiz...

-Çox maraqlı və geniş spektrli sualdır. Sualınızı cavablandırmaq üçün birinci hissəsindən başlardım. Danılmaz faktdır ki, bu gün Azərbaycan həyata keçirilən siyasi-hüquqi və sosial-iqtisadi islahatların göstəricilərinə görə çox sürətli inkişaf tempinə malik ölkələr sırasındadır. Umummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionun aparıcı dövlətinə çevrilib, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən sürətli iqtisadi inkişaf prosesinə nail olunub.

Cənab Prezidentin Azərbaycana rəhbərlik etdiyi dövr hər bir ilin yüksək uğurlarla başa çatması ilə xarakterikdir. Bu dövr dünya birliyinə sürətli inteqrasiya, islahatların, regional və beynəlxalq layihələrin həyata keçirilməsi, Azərbaycanın yüksək iqtisadi tərəqqisi və artıq dünyada söz sahibi olması ilə əlamətdardır. Qürurla qeyd etməliyəm ki, dövlətçiliyimizin möhkəmlənməsində, xalqımızın milli maraqlarının və mənafelərinin qorunmasında Milli Təhlükəsizlik Nazirliyinin də böyük rolu vardır və dövlət başçımız öz çıxışlarında bunu dəfələrlə qeyd edib.

Sualnızın ikinici hissəsinə gəlincə, sirr deyil ki, xalqının zəngin tarixi, mədəni-mənəvi və maddi nemətləri, təbii sərvətləri, coğrafi-strateji mövqeyi ilə Azərbaycan çox cəlbedici ölkədir. Bu aksiomdur ki, hər mənada belə bir zəngin dövlətə münasibətdə həmişə müxtəlif məqsədli maraqlar olub və olacaqdır. Yəni, bizim ölkəmizlə əməkdaşlıq edərək, Azərbaycanın simasında özünün etibarlı tərəfdaşını, siyasi-iqtisadi müttəfiqini görmək istəyən dövlətlər var və bunlar hazırda çoxluq təşkil edir. Lakin Azərbaycanın uğurları ilə barışmayan, bunu gözü götürməyən, ölkəmizin tərəqqisinə mane olmaq istəyən müəyyən qüvvələr də az deyil.

Bütün bu faktorlar, həmçinin mümkün təhdidlər daim tədqiq olunur, təhlil edilir və ölkənin milli təhlükəsizlik sisteminin dinamik inkişafı üzrə adekvat qərarlar qəbul olunur, Azərbaycanın maraqlarının və mənafelərinin daha etibarlı qorunması üçün müvafiq kompleks-preventiv tədbirlər həyata keçirilir. Bu isə öz növbəsində, milli təhlükəsizlik orqanlarından yüksək səriştəlik, sayıqlıq və peşəkarlıq tələb edir.

Bizim başlıca vəzifəmiz ölkənin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsinə müvafiq şəraitin yaradılmasıdır. Ümumiyyətlə, həyatimizin elə bir sahəsi yoxdur ki, orada milli maraqlarımız olmasın. İstər iqtisadi, istər ictimai-siyasi, sosial, yaxud mədəni, ekoloji və digər sahələrdə milli maraqların qorunması üçün Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində aidiyyati dövlət orqanları ilə birlikdə fəaliyyət göstərir. Bir çox sahələrdə biz aparıcı rol oynayır, bəzilərində isə yaxından iştırak edırik. Göstərilən sahələrdəki fəaliyyətımızin nəticələri barədə ölkə ictimaiyyəti müntəzəm məlumatlandırılır.

Qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanın milli təhlükəsizlik strategiyası ümumbəşəri əmin-amanlığın, beynəlxalq təhlükəsizliyin təmin olunmasına və qorunmasına xidmət edir. Bu gün ölkəmizin antiterror koalisyasının tərkibində dünyanın aparıcı dövlətləri ilə çiyin-çiyinə planetin ən qaynar nöqtələrində sabitliyin və təhlükəsizliyin qorunmasına verdiyi töhfələr də buna bariz nümunədir.

Bildiyiniz kimi, Azərbaycan Respublikası terrorçuluqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Müstəqilliyin bərpasından əvvəlki və sonrakı illərdə Azərbaycanın ərazısində erməni terrorçuları tərəfindən onlarla terror aktı törədilib, nətıcədə minlərlə soydaşımız həlak olub və yaralanıb, xalqımıza və dövlətimizə çox böyük mənəvi və maddi ziyan vurulub. Bu gün də terrorçuluq, milli sərhədləri adlayan və bütün ölkələrin maraqlarına toxunan, bütövlükdə sivil inkişafa qlobal təhlükə kimi dünya ictimaiyyətini ciddi narahat edir.

Azərbaycan Respublikasının antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınmasında mühüm rolu olan milli təhlükəsizlik orqanları ötən ildə də önəmli nailiyyətlər əldə edib. Keçirilən tədbirlər nətıcəsində "Əl-Qaidə" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan 3 radikal-ekstremist, təhlükəli silahlı dəstə zərərsizləşdirilib. Onların tərkibinə daxil olan 40 nəfər həbs olunub, müqavimət göstərdiyinə görə 1 nəfər məhv edilib. Bunların arasında Rusiya ərazisində silahlı basqınlar törədən, özlərini "Meşə qardaşları" adlandıran silahlı qruplaşmanın 16 üzvü olub. Həmçinin, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindən silah-sursat oğurlayaraq Bakıda silahlı basqın törədən, ABŞ və digər Qərb ölkələrinin səfirliklərinə qarşı terrorçuluq aksiyalarının keçirilməsini planlaşdıran dini ekstremist qrupun 9 nəfər üzvü həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Milli Təhlükəsizlik Nazirliyinin ölkəmizin milli maraqları və mənafeləri əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı müntəzəm həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, "İmam Mehdinin Şimal Ordusu - "NİMA"" adlı cinayətkar birlik yaradıb dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət edən və digər ağır cinayətlər törədən 15 nəfər ötən il ifşa olunaraq zərərsizləşdirildi. Həmin təşkilatın bəzi üzvlərinin İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə müəyyən maliyyə vəsaiti müqabilində əməkdaşlıq etdikləri və oradakı təlim düşərgələrində hərbi hazırlıq keçdikləri müəyyənləşdirildi. Ən nəhayət, bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycanı Qərbə inteqrasiya kursundan çəkindirmək və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması idi.

Bundan başqa, ötən il ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 20 nəfər zərərsizləşdirilib ki, onlardan 13-ü torpaqlarımızı işğal altında saxlayan Ermənistanın xeyrinə casusluqla məşğul olanlardır.

Ümumiyyətlə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yuxarıda göstərilən istiqamətlər üzrə əməliyyat-axtarış tədbirləri bir an belə səngiməyib, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, eləcə də beynəlxalq terror infrasturkturu ilə əlaqəli şəxslərin zərərsizləşdirildməsi üzrə yeni uğurlar əldə edilib. Lakin hazırda həmin faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdiyindən, bu barədə sonradan ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan hamımızın Vətənidir. Vətənimizin təhlükəsizliyinin qorunması işi müqəddəsdir və biz, Azərbaycan ictimaiyyətini də məsələyə ciddi yanaşmağa, belə təzahürlərə qarşı mübarizədə milli təhlükəsizlik orqanlarına yardımçı olmağa və əsl vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq.

XÜSUSİ TƏHLÜKƏLİ "MUNİR QRUPU", "QAFQAZ ƏL-QAİDƏ", "CAMAAT-ƏL MUVAHHİDUN" KİMİ TERRORÇU QRUPLAR İFŞA OLUNARAQ ZƏRƏRSİZLƏŞDİRİLİB

-Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda dini mühitin mürəkkəbləşdiyi, dini faktorun ciddi siyasiləşməyə meyilli olması barədə məlumatlar yayılır. Ümummiyyətlə ölkədə bu sahədə vəziyyəti necə qiymətləndirmək olar?

-Azərbaycan xalqı, cəmiyyəti həmişə dini dözümlüyü, tolerantlığı ilə seçilib. Sevindirici haldır ki, Azərbaycanda nə dini, nə təriqət zəminində münaqişə predmeti yoxdur və biz bununla öyünə bilərik. Bu gün Azərbaycanda dayanıqlı sabitlik bərqərar olub, demokratik dövlət quruculuğu, iqtisadi sahədə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan artıq regional liderdir. Əvvəldə qeyd etdiyim kimi, ölkəmiz inkişaf etdikcə, adekvat olaraq, ona olan maraqlar artır və həmin maraqlar da müxtəlif çalarlıdır.

Son dövrlər beynəlxalq aləmdə baş verən hadisələr də bizim cəmiyyətə təsirsiz ötüşmür. Məsələn, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif forma və təzahürləri, o cümlədən bəzi xarici ektsremist qrupların təsiri ilə ölkəmizdə dünyəvi və demokratik dövlət quruluşunun dəyişdirilməsi, habelə Azərbaycanı beynəlxalq antiterror koalisiyasında iştirakdan çəkindirmək üçün təzyiq göstərmək cəhdləri vardır. Bu cəhdlərin arasında din faktorundan istifadə niyyətləri daha qabarıq sezilməkdədir. Şübhəsiz, bu təhlükələrlə mübarizə sahəsində Azərbaycanın müvafiq orqanları tərəfindən adekvat, ardıcıl və çevik kompleks tədbirlər görülür. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi qüvvələrin müəyyən xarici dairələrin təhriki ilə dini durumu süni şəkildə gərginləşdirmək, özlərinin müəyyən məqsədlərinin realizəsinə çalışma cəhdləri müşahidə olunur. Amma ümumilikdə dini zəmində hansısa kritik vəziyyət barədə söhbət belə gedə bilməz.

Mən ölkəmizin təhlükəsizliyinin səmərəli təmin olunması baxımından Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu istiqamətdə görülən tədbirlərin daha dərin təfərrüatları barədə açıqlama verilməsini məqsədəmüvafiq hesab etmirəm. Bununla yanaşı, deyə bilərəm ki, artıq bu barədə ictimaiyyətə də məlumat vermişik, son illərdə dindən, dini təəssübkeşlik amillərindən istifadə etməklə öz cinayətkar məqsədlərinə nail olmağa cəhd göstərən xüsusi təhlükəli "Munir qrupu", habelə "Qafqaz Əl-Qaidə", "Camaat-əl Muvahhidun" və digər bu kimi terrorçu qruplar ifşa olunaraq zərərsizləşdiriliblər.

Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən radikallaşma proseslərinə qarşı profilaktik tədbirlər keçirilir. Yəni müəyyən dini fanatlaşdırılmaya məruz qalmış vətəndaşlarımızla, xüsusilə gənclərlə söhbətlər aparmaq, onları yanlış yoldan çəkindirmək, köməklik göstərmək, ümumən hüquqi maarifləndirmə və s. tədbirlər bizim bu istiqamətdə həyata keçirilən fəaliyyətimizdə prioritetdir və deyərdim ki, bu çox gözəl nəticələr verir. Bu sahədə təhlillərimizin yekunu isə ondan ibarətdir ki, məhz dini fanatlaşma təsirinə məruz qalmış şəxslərin çoxu bu tora əsasən dinin əsl mahiyyətini bilməməkdən, savadsızlıqdan, elmsizlikdən düşürlər. Çünki bu sahədə elmi olmayan şəxslər yad təsirlərə daha tez məruz qalır, yad dini cərəyanların adeptinə çevrilirlər.

İnzibati-hüquqi tədbirlərin görülməsi məsələsinə gəlincə isə, təkrar edirəm, biz buna ən son vasitə kimi baxırıq. Fikrimin sonunda bildirmək istəyirəm ki, bu məsələ ilə yalnız Milli Təhlükəsizlik Nazirliyi deyil, bütün digər aidiyyəti strukturlar, təhsil, ictimai və gənclər təşkilatları da yaxından məşğul olmalıdırlar. Ümumən belə fəaliyyət həyata keçirilir.

AZƏRBAYCANIN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİNDƏN "İRAN-AZƏRBAYCAN-RUSİYA" VƏ "ERMƏNİSTAN-GÜRCÜSTAN" MARŞRUTLARI ÜZRƏ NARKOTİKLƏRİN AVROPAYA YAYILMASI ÜÇÜN İSTİFADƏ OLUNUR

-Milli Təhlükəsizlik Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyatlar keçirir. Əsasən hansı dövlətlərin ərazisi vasitəsilə Azərbaycandan narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə cəhdləri var?

- Narkotik vasitələrin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Ən gəlirli kriminal sahələrdən biri kimi narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Ümumən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son dövrlər ciddi irəliləyişə nail olunub.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin ən çox istifadə etməyə çalışdıqları və əsasən Əfqanıstan mənşəli bu "ağ ölüm"ün "İran-Azərbaycan", "İşğal olunmuş Dağlıq Qarabağ-İran-Azərbaycan", "İran-Azərbaycan-Rusiya-Yaponiya", "İran-Azərbaycan-Gürcüstan-Avropa" marşrutları ilə daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilir, külli miqdarda narkotik vasitələr götürülür.

Narkotıklərin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilən tədbirlər barədə bir neçə faktı diqqətinizə çatdırardım. Çünki cinayətkar qrup və şəxslərin Azərbaycanın genefonduna vura biləcəyi ziyanla mübarizə hər birimizi düşündürməlidir. Ümumiyyətlə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 3 il ərzində (2005-2008-ci illər) ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 1 ton 100 kiloqramdan artıq müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu illər ərzində 70 cinayət işi başlanıb, 240 nəfər, o cümlədən 25 nəfər xarici ölkə vətəndaşı istintaqa cəlb olunub.

Milli Təhlükəsizlik Nazirliyinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əldə etdiyi ən böyük nailiyyət ötən il 142 kiloqram yüksək keyfiyyətli heroinin aşkarlanaraq qanunsuz dövriyyədən götürülməsi oldu. Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixində ilk dəfə idi ki, belə bir miqdarda heroin tutuldu və iş də elə burasındadır ki, bu narkotiklərin ünvanı Qərbi Avropa ölkələrindən biri idi. Mövzu ilə əlaqədar oxuculamıza daha yeni bir faktı çatdırım. Son günlərdə tərəfimizdən keçirilən tədbirlər nəticəsində 40 kiloqramdan artıq narkotik vasitə olan heroin qanunsuz dövriyyədən çıxarılıb və saxlanılan şəxslər var. Hazırda həmin iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Təhlil göstərir ki, narkosindikatlar Azərbaycanı tranzit ölkə olaraq hələ də öz siyahılarında saxlayır. Çünki bu marşrut həm qısa, həm də gəlirlidir. Bununla belə, vurğulamaq istərdim ki, bu cəhdlərin qarşısı ildən-ilə daha qətiyyətlə alınır. Fikrimcə, narkotiklərin yayılmasının cəmiyyətimiz və dövlətimiz üçün doğurduğu təhlükənin qarşısının alınması işində təkcə hüquq mühafizə orqanları deyil, bütün vətəndaşlarımız yaxından iştirak etməlidir.

- Azərbaycanın de-fakto və beynəlxalq təsisatların nəzarətində olmayan Ermənistan tərəfindən qəsb olunmuş ərazilərimizdə narkotiklərin qanunsuz dövriyyəsindən irəli gələn təhlükələr barədə nə deyə bilərsiz?

- Əslində bu təhlükə yalnız Azərbaycana qarşı yönəlməyib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində - milli və beynəlxalq nəzarətdən kənar bu "boz zona"da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən dəfələrlə bəyanatlar səsləndirilib.

Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var. Həmin ərazilərdən nəinki tranzit, habelə orada emal edildikdən sonra "İran-Azərbaycan-Rusiya" və "Ermənistan-Gürcüstan" marşrutları üzrə narkotiklərin Avropaya yayılması üçün istifadə olunur. Bu yaxınlarda da qaçaqmalıçılıq yolu ilə İrandan Azərbaycana narkotiklərin daşınması ilə məşğul olan və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən zərərsizləşdirilən transmilli mütəşəkkil cinayətkar qruplardan həmin ərazilərdəki laborotoriyalarda hazırlanan 4 kiloqrama yaxın narkotik vasitə olan heroin götürülüb. Həmin cinayətkar qrupun üzvlərindən biri İran vətəndaşı bu faktları bir daha təsdiqləyib. O, verdiyi m?lumatlarda bildirib ki, işğal olunmuş rayonlarda yerləşən xüsusi laboratoriyalarda narkotiklər emal edildikdən sonra qonşu ölkələr vasitəsilə Avropaya ötürülür.

- Sirr deyilsə, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq sahəsi üzrə fəaliyyətində hansı məsələlər prioritetdir?

- Çox maraqlı sualdır. Bu gün dünya o qədər qloballaşıb ki, artıq milli təhlükəsizlik ayrıca bir komponent deyil, regional və beynəlxalq təhlükəsizliyin əsas tərkib hissəsi kimi qəbul edilir. Çünki indi istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan, kiçik, yaxud böyük, fərqi yoxdur, heç bir dövlət qəti şəkildə iddia edə bilməz ki, öz təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir. Bu gün istənilən dövlətin təhlükəsizliyi partnyor ölkələrlə əməkdaşlıq əlaqələrindən, tərəfdaşlıq münasibətlərindən keçir.

Beynəlxalq əməkdaşlıq imkanlarından milli mənafelərin təminatına şərait yaradılması üçün maksimum istifadə olunmasını prioritet vəzifə olaraq qəbul edən Milli Təhlükəsizlik Nazirliyi xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə real və səmərəli əməkdaşlığın genişləndirilməsinə çalışır. Digər tərəfdən, təhlükələrin oxşarlığı və eyniliyi də öz növbəsində Milli Təhlükəsizlik Nazirliyinin xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığının vacibliyini artırır. Bununla bağlı, terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində nazirlik 50-dən artıq tərəfdaş dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları, eləcə də müvafiq beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. Əməkdaşlıq yalnız texniki yardımlarla, təlimlərlə, təcrübənin qarışılıqlı mənimsənilməsi ilə məhdudlaşmır, eyni zamanda, qarşıda duran strateji vəzifələrin, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üzrə ölkənin müvafiq siyasəti üçün əlverişli şəraitin yaradılmasına, beynəlxalq hüquqi aktların və informasiya mübadiləsinin imkanları hesabına mövqelərimizin daha da möhkəmləndirilməsinə xidmət edir.

- Müsahibəyə görə təşəkkür edirik...

- Mən də oxucularla ünsiyyət üçün imkan yaratdığınıza görə sizin kollektivinizə təşəkkürümü bildirirəm.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Ronaldu daha bir rekorda imza atdı
Ronaldu daha bir rekorda imza atdı
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
"Yuventus" doqquzuncu dəfə İtlaiya Super Kubokunun qalibi oldu
Loading Bars
Xəbər lenti
Azərbaycan Ordusunun əsgəri mina partlayışı nəticəsində həlak olub
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ceyhun Bayramov Türkmənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Bakıda fərdi evdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xəzərdə DOSTLUQ qalib gəldi - Prezident İlham Əliyev yeniliklərin olacağını anons etmişdi
Pandemiya dövründə Azərbaycanda cinayətkarlıq hansı səviyyədə olub? - MÜQAYİSƏ
TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib
Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu (FOTO)
Nazirlər Kabineti yaşayış yeri olmayan prokurorluq işçilərinə verilən kompensasiyaya dair Qərar verib
Ermənistanda daxili gərginlik dərinləşir - Əsgər anaları Qarabağada xidmətə etiraz edir
Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir - Naqif Həmzəyev
Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Şuşa artıq etibarlı əllərdədir - Elşən Musayev
Kəlbəcər rayonunun Kəndyeri kəndi (FOTO/VİDEO)
Fransada fövqəladə vəziyyət payızadək uzadıla bilər
"Azernews" qəzeti: Ermənistanın otuz illik işğal zamanı Azərbaycana qarşı törətdiyi ekoloji terror
8 prokurorluq əməkdaşı cəzalandırılıb, 2-si vəzifəsindən azad edilib
Ermənistanın növbəti YALANI:Terrorçuları hərbi əsir kimi qələmə verməyə çalışırlar
Azərbaycan SOCAR-ın səhmlərini satmağı planlaşdırmır - Mikayıl Cabbarov
Bu ölkələrdən quş və quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bakı şəhər prokurorluğu orqanları əməliyyat müşavirəsi keçirib
“Dostluq” yatağı Azərbaycanla Türkmənistan arasında qardaşlığın rəmzinə çevrilir
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
"Reza Deqhati, günümüzün şahidi, Azərbaycanla bağlı xatirələr" adlı vebinar keçirilib (FOTO)
ADU-nun şəhid tələbəsi haqqında kitab çap olunub
Paşinyanın etirafı bəzi erməni rəsmilərinin Şuşanın onlara məxsus olması barədə cəfəng fikirlərini alt-üst etdi - Tural Gəncəliyev
Ağır yaralanan qazimiz şəhid oldu (FOTO)
"Dostluq" layihəsi Azərbaycanın neft-kimya sənayesinin inkişafına xidmət edəcək - Metyu Brayza
20 Yanvar faciəsi ilə bağlı məlumatlar yapon dilində təqdim olunub
Milli Məclisin Səhiyyə komitəsi iş planını açıqladı
Azərbaycanda 770 nəfər COVID-19-dan sağalıb, 218 nəfər yoluxub, 9 nəfər vəfat edib
Gəncədə “COVID-19”-a qarşı vaksinasiya prosesinə başlandı (FOTO)
Vətən müharibəsində 65 mədəniyyət işçisi döyüşlərə qatılıb, 8-i şəhid olub
Filippin və İndoneziyada güclü zəlzələ olub
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat
Türkmənistan və Azərbaycan iki müstəqil dövlət kimi münasibətləri ardıcıl olaraq inkişaf etdirirlər - Qurbanqulu Berdiməhəmmədov
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsi anılıb (FOTO)
Unibank müştəriləri üçün vacib məlumat!
"Dostluq" yatağı Azərbaycanla birgə iş üçün yeni imkanlar açır - Qurbanqulu Berdiməhəmmədov
Prezident İlham Əliyev: Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Prezident İlham Əliyev: Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb
Bakıda küçədən tapılan 12 yaşlı qız ailəsinə verildi
Bəzi mövzular üzrə suallar buraxılış və qəbul imtahanlarına daxil edilməyəcək - SƏBƏB
Şagirdlərin qış tətilinin vaxtı açıqlandı
Azərbaycan Prezidenti: Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir
Prezident İlham Əliyev: Bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq
Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər - RƏSMİ
Qiymətlərindən narazı qalan şagirdlər apelyasiyaya müraciət edə bilərlər - Təhsil Nazirliyi
Azərbaycan Prezidenti: Anlaşma Memorandumu Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır
Füzuli rayonunun Dördçinar kəndi (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır
Tədris distant formada olubsa, biliklər də bu formada qiymətləndirilməlidir - Nazirlik rəsmisi
Masallıda ev yanıb
Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib - Hərbi prokuror
Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib
Ötən il 19 nəfər hərbi prokurorluq işçisi məsuliyyətə cəlb edilib
Azərbaycanda baş verən hərbi xidmət əleyhinə olan cinayətlər 47,6% azalıb - Xanlar Vəliyev
Azərbaycan dünya təcrübəsinə əsaslanaraq idman zallarını aça bilər - Əməkdar idman ustası
“YAŞAT” Fondu tərəfindən şəhid və qazi ailələri tibbi müayinələrdən keçirilib (FOTO)
Qadın idman gimnastikası üzrə yığma komandaya yeni baş məşqçi təyin olundu
Məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaqlar - Dövlət komitəsi
20 yanvar günü evini tərk edən 2 koronavirus xəstəsinə cinayət işi başlandı
Postlardan keçməyə cəhd edən 2 315 avtomobil geri qaytarılıb, 3 nəfər həbs edilib
İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq - Vüqar Rəhimzadə
SOCAR AVIATION Adnan Menderes hava limanında yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Neftçalada peyvəndlənmə ilə bağlı hazırlıq işləri yekunlaşıb (FOTO)
Azərbaycanda portağal sahələrinin güzəştli sığortası başlandı
SOCAR AVIATION təyyarələri üçün yanacağı öz məntəqəsindən təmin etməyə başlayıb
Dövlət Reklam Agentliyi “ARTREKLAM”ın kreditorlarına müraciət edib
İranda bir gündə 93 nəfər koronavirusdan ölüb
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azərbaycan Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz ixracını artırıb
Qarabağ qazisi ölümdən necə xilas oldu? - Trend TV cərrahi əməliyyatın görüntülərini təqdim edir (VİDEO)
"Dostluq" yatağı ilə bağlı memorandum Azərbaycan-Türkmənistan münasibətlərində yeni səhifədir - SOCAR
Dillər Universitetində Çin dili üzrə metodik seminar keçirilib
ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
“Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX əsrlər)” kitabı nəşr olunub
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bağdadda 3 il sonra ilk partlayış - Ölü sayı artır (YENİLƏNİB)
Türkiyəli mütəxəssislər Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
ƏDV-ni geri alan BirBank istifadəçiləri Visa-dan əlavə pul qazana bilərlər!
Şuşada erməni kilsəsi olmayıb - Tarixi FAKTLAR (FOTO)
Ənənəvi təhsil nə zaman bərpa olunacaq? - AÇIQLAMA
Vətən müharibəsində iştirak etdiyinə görə təltif olunan 57 dəmiryolçu
Azərbaycan nefti bahalaşıb
Kürdəmirdə 18 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
SOCAR hava şəraiti ilə əlaqədar platformalarda açıq sahələrdə işləri dayandırıb
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni imkanlar yaradılır
İşğaldan azad olunan ərazilərdə yeni layihənin icrası planlaşdırılır
"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB (FOTO)
ABŞ-da etiraz aksiyaları başlayıb, saxlanılanlar var
Dövlət Məşğulluq Agentliyi son bir ildə 150 mindən çox şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edib
Sabah şaxta olacaq
ENGİNET təhsil işçilərinə özəl təklif hazırlayıb
Şuşa və digər azad olunmuş ərazilərə avtobus reysləri ilə bağlı işlərə başlandı - RƏSMİ
Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Bütün xəbərlər