...

Azərbaycan prezidenti "Alov" zavodunun açılış mərasimində iştirak edib

Siyasət Materials 25 İyun 2008 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Müdafiə Sənayesi Nazirliyi Optika-Mexanika İstehsalat Birliyinin "Alov" zavodunun açılış mərasimində iştirak edib, yeni yaradılan müəssisənin istehsal prosesi ilə tanış olub.

Müdafiə sənayesi naziri Yavər Camalov nazirliyin Optika-Mexanika İstehsalat Birliyinin "Alov" zavodu barədə prezidentə ətraflı məlumat verib.

Dövlət başçısı ayrı-ayrı istehsal sahələrinin işi ilə maraqlanıb. Prezidentə məlumat verilib ki, sexdə dünyanın ən müasir standartlarına cavab verən avadanlıq quraşdırılıb. Əliyev mexaniki universal avadanlıqlar sexindəki müasir tipli torna və frezer dəzgahlarında emal prosesini izləyib, eləcə də optik nişangahlarda istifadə edilən linzaların, prizmaların və torların istehsal sahəsi ilə də tanış olub. Daha sonra dövlət başçısı müəssisədə istehsal olunan hazır məhsulların sərgisinə də baxıb, onların keyfiyyəti ilə maraqlanıb.

Sonra prezident motodor və morodor tipli müasir zirehli maşınların təqdimat mərasimində iştirak edib.. Dövlət başçısı sükan arxasına keçərək zirehli maşını özü idarə edib.. Zirehli maşınların keyfiyyəti ilə tanış olan prezident bu tipli zirehli texnikanın Azərbaycanda istehsal olunmasını tövsiyə edib, bütövlükdə zavoddakı istehsal sahələrinin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti