...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri AŞ-də ikili standartlar siyasətinə narazılığını ifadə edib

Siyasət Materials 26 İyun 2008 02:22 (UTC +04:00)
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri AŞ-də ikili standartlar siyasətinə narazılığını ifadə edib

Fransa, Strasburq, 26 iyun / Trend müxbir А.Мəhərrəmli/ Bəlli olduğu kimi iyunun 25-də AŞPA-da Ermənistanla bağlı qətnamənin müzakirəsi zamanı bəzi deputatlar müvafiq sənəddə əks olunan tələblərin yerinə yetirilməsi üçün bu ölkəyə verilən müddətin artırılmasının lehinə çıxış ediblər. Onlar bunu Ermənistana vaxtın yetmətidiyi ilə əsaslandırıblar və bununla əlaqədar AŞPA-nı müvafiq müddəti 2009-cu ilin yanvarınadək artırmağa çağırıblar. Nəticədə qətnamə müəyyən dəyişikliklərlə qəbul edilib, Ermənistana ayrılan vaxt isə 2009-cu ilin yanvarınadək uzadılıb. Müzakirələr zamanı azərbaycanlı deputatlar məsələ ilə bağlı öz fikirlərini səsləndiriblər.  

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deputatların nəzərinə çatdırıb ki, Ermənistan 16 ildir beynəlxalq hüququn və Avropa Şurasının prinsiplərini pozaraq  Azərbaycanın 20 % ərazisini işğal edib. O qeyd edib ki, Ermənistanın suverenliyi şərtidir. їÇünki o xaricdəki qüvvələr tərəfindən idarə olunur. Ermənistan Avropa Şurasına üzv olarkən qurum qarşısında Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəlik götürüb, amma bu öhdəliyi yerinə yetirmir. Diğər tərəfdən, Ermənistan qonşu dövlətlər üçün qeyri-sabitlik mənbəyi olaraq qalır. O cani rejim tərəfindən idarə0 olunur. Ermənistanda Insan Haqları üzrə xüsusi komissiyanın yaranmasına ehtiyac var" - deyə o vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə Azərbaycanla bağlı məqalələrin dərc olunmasından təəcübləndiyini deyib: "Burada təkcə Ermənistanda mövcud olan problemlərdən yox, eləcə də Avropa Şurasında olan problemlərdən danışmaq lazımdır. Belə bir fikir səsləndi ki, biz ölkələrə qarşı sürrealist yanaşma göstəririk. Iyunun 24-də AŞPA üzvlərinin Azərbaycanda müsbet irəliləyişlərin, Venesiya Komissiyası ilə birgə əməkdaşlığı sayəsində qəbul edilən seçki qanunvericiliyinin yaxşı hal olmasını vurğulamalarına baxmayaraq, bu gün çap olunan məlumatda Azərbaycana dair işlənən sözlər agırdır".

Seyidov həmçinin ikili standartlar siyasətinə diqqət yetirib. "Ermənistanda insan haqları açıq şəkildə pozulur, orda siyasi məhbuslar var, amma digər tərəfdən irəliləyişlərin olduğunu deyirlər. Bu ikili standartlar nümunəsidir. Ermənistanla bağlı məruzədə təsvir edilmiş irəliləyişlərlə yanaşı onların praktikada tətbiqi və orada nələrin baş verdiyinə diqqət yönəltmək lazımdır " - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti