...

Fələstinlilər HƏMAS -ın danışıqlardan çıxarılması ilə bağlı məsələnin müsbət həllinə şübhə edirlər - ekspertlər

Siyasət Materials 27 İyun 2008 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/ Trend / Fələstinlilər İsrailin, sülh danışıqlarının davam etdirilməsi müqabilində, HƏMAS-la bütün əlaqələrin kəsilməsi barədə təklifinin müvəffəqiyyətlə nəticələnəcəyinə şübhə edirlər.

"HƏMAS Fələstin xalqının bir hissəsi olaraq qalır. Hərəkat üçün siyasət vacib deyil, əsas məsələ fələstinlilərin müstəqilliyə nail olmalarıdır. Buna görə də HƏMAS-ın barışığa mane olması haqqında fikirlər irəli sürmək olmaz",- fələstinli politoloq Riyah Əbu Əl - Əssal belə hesab edir.

"İsrailin xarici işlər naziri Sipi Livni çərşənbə axşamı bəyan edib ki, Fələstin hökuməti İsrailə tam inanmalı, HƏMAS və digər Fələstin qrupları ilə danışıqlar aparmamalıdır". Berlində keçirilən Yaxın Şərq konfransında Livni deyib ki, Qərbdə terror təşkilatı kimi tanınan HƏMAS Fələstin hökumətinə qayıtsa, danışıqları dondurmalı olacağıq.

"Qüds gərək Fələstinin işğalını dayandıran və öz müstəqil dövlətini yaratmaq hüququ verən BMT-nin beynəlxalq razılaşma prinsiplərinə əməl etsin", - Trend -a telefonla cümə günü fələstinli politoloq Əl-Assal Qüdsdən bildirib.

İsrailli politoloq Mordexay Kedar hesab edir ki, Fələstin xalqı düzgün seçim etməlidir. "Mahmud Abbas fələstinlilərə həbsdə olanların asad edilməsini, hərbi postların ləğv edilməsini və ordunun yerinin dəyişməsini verə bilər ki, bunları da HƏMAS onlara vermək iqtidarında deyil", - Trend -a cümə günü Təl-Əvivdəki Bar-İlan Universiteti yanında Begin-Sadat strateji araşdırmalar Mərkəzinin eksperti Kedar bildirib.

"Əvvəlcədən İsrail-Fələstin dialoqu ötən ilin iyununda radikal qrup Qəzzə bölgəsi üzərində nəzarəti ələ keçirdikdə FƏTH-in HƏMAS-ı hökumətdən qovmasından sonra baş tutdu", - o, dedi.

Kedarın fikrincə, HƏMAS Qüdslə danışıqlar aparmaq əleyhinə çıxmaqla, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesini ləngidir.

Lakin Əl-Assalın fikrincə, HƏMAS İsraillə münasibətlərdə daim Fələstin xalqının təhlükəsizliyinə üstünlük verib. "Siyasət heç vaxt HƏMAS-ın maraq çərçivəsində olmayıb. Hərəkat fələstinlilərə münasibətdə həmişə demokratik ideyalara üstünlük verib", - politoloq bildirib.

İsrailli ekspert Kedar, əksinə, hesab edir ki, HƏMAS-ın əsas məqsədi İsrailə qarşı müharibə deyil. Onların istəyi Fələstində hakimiyyəti ələ keçirməkdir.

Pensilvaniya universitetinin Yaxın Şərq Mərkəzinin direktoru Qavdat Bahqat (Gawdat Bahqat) hesab edir ki, İsrail gərək danışıqlarda Fələstin hökumətinin tərəfdaşı olan HƏMAS-ı zəiflətməyə cəhd etsin ki, fələstinlilər arasında parçalanma dərinləşsin.

"İsrail "Hizbullah" ilə Livanda oğurlanan israilli əsgərlərlə bağlı, Suriya ilə iki ölkə arasında sülh razılaşmasının əldə edilməsi və ən nəhayət, israilli əsgərlərin azad edilməsi və Qəzzə bölgəsində sülhün bərqərar olması məqsədilə danışıqlar aparır", - Trend -a elektron poçtla cümə günü Bahqat xəbər verib.

Ekspertin qeyd etdiyi kimi, Qüds hər vəchlə Fələstin tərəfi ilə münasibətləri qaydasına salmağa çalışır və hazırda İsrail hökuməti üç istiqamətdə danışıqlarda, o cümlədən fələstinlilərlə danışıqlarda iştirak edir ki, bu da İsrailin sülh niyyətli olmasının göstəricisidir.

FƏTH-in rəyinə görə, atəşkəs razılaşmasının imzalanması məsələsi nə qədər Fələstin tərəfindən asılıdırsa, bir o qədər çox İsrail tərəfindən asılıdır. "Fələstin xalqı İsrail tərəfi atəşkəs razılaşmasını imzalayana kimi öz maraqlarını müdafiə edəcək", - Trend -a cümə günü FƏTH-in mətbuat katibi Fəhmi Əz-Zaarir telefon vasitəsilə Ramallahdan bildirib.

Yaxın Şərq Beynəlxalq vasitəçilər "dördlüyünün"- Rusiyanın, ABŞ, Aİ və BMT-nin iclası çərşənbə axşamı Berlində keçirilib. "Dördlüyün" görüşündə sülh prosesinin indiki vəziyyətinə və davam edən Fələstin-İsrail danışıqlarına dair fikir mübadiləsi aparılıb.

HƏMAS islami müqavimət hərəkatı şeyx Əhməd Yasin tərəfindən 1987-ci ildə yaradılıb. Hərəkatın elan edilən məqsədi müstəqil Fələstin dövlətinin yaradılması və İsarailin işğal etdiyi Fələstin torpaqlarının azad edilməsidir.

"İsrail hökuməti fələstinlilərə də, milli hökumətə də düşmənçiliyi davam edir. Ona görə də HƏMAS-ın barışığa mane olmasınıiddia etmək düzgün olmazdı",- Zaarir sözünü tamamlayıb.

Mateialın hazırlanmasında iştirak ediblər: Trend -un müxbirləri U.Sadıqova, E.Tariverdiyeva (Bakı), R.Abdullayev (Qüds)

Xəbər lenti

Xəbər lenti