...

Müxalifətin birgə aksiyası üçün ümumi məqsədlər olmalıdır - Azərbaycanın müxalifətçi lideri

Siyasət Materials 30 İyun 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, indiki halda müxalifətin birgə aksiyası mümkün deyil. "Müxalifətin birgə aksiyası üçün ümumi məqsədlər olmalıdır", bazar ertəsi Trend -a müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, "Azadlıq" blokunun həmtəsisçisi Əli Kərimli bildirib.

Trend -un arayışı: Azərbaycanın müxalif Müsavat Partiyası birgə aksiyaların keçirilməsi üçün müxalifət partiyalarına müraciət edib. Müsavat Partiyası hesab edir ki, ölkədə seçkiöncəsi müxalifətin birgə aksiyalar keçirməsi vacibdir.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namiəzdliyini müdafiə etmək qərarı veriblər.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Kərimlinin sözlərinə görə, müxalifətin birgə mitinqi o vaxt mümkün olacaq ki, müxalifətçilər ümumi mövqeyə gələ bilsinlər. İndiki siyasi şəraitdə isə seçkiyə münasibətdə fərqli mövqelər mövcuddur.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti