...

Ukrayna prezidenti Bakıda səfərdədir

Siyasət Materials 30 İyun 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir S.Ağayeva/ Ukrayna prezidenti Viktor Yuşşenkonun Bakıya bir günlük səfəri başlayıb.

Azərbaycan və Ukrayna prezidentləri təkbətək və geniş tərkibdə danışıqlar aparacaqlar.

Sonra Yuşşenko Bakıda Taras Şevçenkonun heykəlinin açılış mərasimində iştirak edəcək, Bakı İcra Hakimiyyəti tərəfindən Xətai rayonunda Ukraynanın Azərbaycandakı səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış ərazi ilə tanış olacaq.

Axşam prezidentlər Azərbaycanda Ukrayna Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində və "Yaşıl Teatır" da Ukrayna artistlərinin konsertində iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti