...

Moskva Azərbaycanın şimal-şərqində ləzgilərin probleminin həllini onun qeyri -siyasi səviyyədə nəzərdən keçirilməsində görür - səfir (video)

Siyasət Materials 1 İyul 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend müxbir S.Ağayeva/ Moskva hesab edir ki, Azərbaycanın şimal-şərqindəki ləzgi əhalisinin probleminin həlli siyasi səviyyədə deyil, "insan amili baxımından" nəzərdən keçirilməlidir.

"Bu real insani problemidir, insanlar sosial problemlərinin həll edilmsəsini istəyir və mən şadam ki, bu həm Azərbaycanda, həm də Dağıstanda aydındır. Burada hesab edirlər ki, problem qeyri-siyasi səviyyədə həll edilməlidir", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.

Azərbaycanın şimal-şərqində, əsasən, Rusiya vətəndaşlarının məskunlaşdığı Xraxoba və Uryanoba kəndələrinn sakinləri sosial problemlərinin həll edilməsi tələbi ilə çıxış ediblər.

Səfir hesab edir ki, bu məsələ Rusiya Federasiyası, onun subyekti Dağıstan və Azərbaycan arasında, Azərbaycan qanunvericiliyi çərçivəsində və insanların maraqları nəzərə alınaraq həll edilməlidir.

Səfir bildirib ki, Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin bu yaxınlarda Azərbaycana səfəri zamanı Dağıstan və Azərbaycan ərazilərində azərbaycanlılar və ləzgilərin yaşayışı ilə bağlı problemlərə yüksək səviyyədə baxılıb və "danışıqlar ətraflı və konstruktiv olub". Diplomat bildirib ki, Dağıstan prezidenti ləzgilərin sıx yaşağıdı bu iki kəndə və Azərbaycanın digər rayonlarına səfər etməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti