...

Rusiya ilə münasibətlərin strateji mahiyyəti Azərbaycanın milli maraqlarına cavab verir - İlham Əliyev

Siyasət Materials 3 İyul 2008 17:06 (UTC +04:00)
Rusiya ilə münasibətlərin strateji mahiyyəti Azərbaycanın milli maraqlarına cavab verir - İlham Əliyev

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin strateji mahiyyətinin Azərbaycanın milli maraqlarına cavab verdiyinə əmindir. "Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq qurulub və bu bizim milli maraqlarımıza müvafiqdir". Bu barədə cümə axşamı Bakıda rusiyalı həmkarı Dimitri Medvedyevlə aparılan geniş tərkibli danışıqlar zamanı İlham Əliyev bildirib.

Dövlət başçısı Rusiyanın yeni seçilmiş prezidentinin Azərbaycan ilk səfərini yüksək qiymətləndirib. "Bu, ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca mühümdür" - deyə o bildrib.

Azərbaycan prezidenti bu səfərin ikitərəfli əlaqələrdə yeni mərhələnin əsasını qoyacağına əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti