...

"Təhsil haqqında" qanun layihəsinin qəbulunun gecikməsi ekspertiza rəylərinin hazır olmaması ilə bağlıdır -Azərbaycan parlamentinin spikeri

Siyasət Materials 4 İyul 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin spikeri cümə günü bəyan edib ki, ölkənin "Təhsil haqqında" qanun layihəsinin qəbulunun gecikməsi ekspertiza rəylərinin hazır olmaması ilə bağlıdır.

"Qanunun ikinci oxunuşa hazır olması üçün onlarla ekspertizalara göndərilib, xarici ölkələrin tərcübəsi öyrənilir", Trend -unməlumatına görə, cümü günü parlamentin keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.

Trend -un arayışı: Azərbaycanda hazırda qüvvədə olan "Təhsil haqqında" qanun 1992-ci ildə qəbul olunub və 1995-ci ildə təhsil haqqında yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Lakin parlament, Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ali təhsil müəssisələri, Maliyyə və Vergilər nazirlikləri arasında olan fikir ayrılıqına görə, qanun layihəsini qəbul etmək mümkün olmayıb. 2007-ci il dekabrın sonunda təhsil haqqında yeni qanun layihəsi parlamentdə birinci oxunuşdan keçib.

Qanun layihəsinin qəbul edilməsi parlamentin yaz sessiyasının gündəliyinə daxil edilib. Sessiya başa çatsa da, qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmayıb.

Əsədov deyib ki, "Təhsil haqqında" qanunu tələsik qəbul etmək olmaz: "Yoxsa sonradan Azərbaycanın təhsil sisteminin inkişafında problemlər yaradar".

İclasda çıxış edən müxalifətçi deputat Pənah Hüseyn isə bildirib ki, "Təhsil haqqında" qanun layihəsinin qəbulunun gecikməsi ölkənin təhsil sistemində ciddi problem yaradır. "Qanunun qəbulu üçün parlamentin xüsusi iclası keçirilməlidir və növbəti tədris ilinə kimi Azərbaycan yeni təhsil qanununu qəbul etməlidir", - Hüseyn əlavə edib.

Xəbər lenti

Xəbər lenti