...

Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq

Siyasət Materials 5 İyul 2008 15:09 (UTC +04:00)
Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq

Azərbaycan, Bakı, 06 iyul/ Trend , müxbir R.Novruzov/ Azərbaycanın müstəqil politoloqları hesab edirlər ki,  Ermənistanda baş verən hadisələr qaçılmaz hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.

"Ermənistan  Moskvanın hakimiyyətdə olan marionetlərinə çox dözməyəcək və ölkədə cərəyan edən hadisələr Levon Ter-Petrosyanı və ya digər layiqli şəxsi hakimiyyətə gətirəcək", - müstəqil Azərbaycan politoloqu Vəfa Quluzadə hesab edir.

Ötən cümə günü  müxalifətin Yerevanda keçən mitinqində Ermənistanın ilk prezidenti, "Ümumxalq hərəkatı" müxalifət birliyinin rəhbəri Levon Ter-Petrosyan respublika rəhbərliyinə qarşı bir neçə tələb irəli sürüb və prezident Serj Sarkisyanın istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib.

Ermənistan hökuməti erməni xalqının əhval-ruhiyyəsini daim nəzarətdə saxlaya bilməz və hakimiyyətin narazılığı yatırmaq üçün etdiyi cəhdlərə baxmayaraq, gec-tez bu vəziyyət nəzarətdən çıxacaq, -  şənbə günü Trend -a politoloq bildirib.

Moskvaya Ermənistanda marionetləri saxlamaq sərf edir. Belə ki, nə sülh, nə də müharibə vəziyyəti Rusiya üçün əlverişlidir və bu vəziyyət Azərbaycan və Ermənisatnın NATO-ya daxil olmasında əngəldir, - o belə hesab edir.

"Ermənistandakı vəziyyət yaxşı sonluqla bitməyəcək. Hakimiyyətdə olanlar var - onlar dövlətdən həzz alırlar, bu isə Ermənistan əhalisinin ümümi yoxsulluq səviyyəsi fonunda narazılıq partlayışını yetişdirir", - Azərbaycanın müstəqil politoloqu Rüstəm Məmmədov hesab edir.

"Mən bunun Ermənistan üçün yalnız başlanğıc titrəyişlər olduğunu düşünürəm", - politoloq deyib.

Politoloqun nəzərincə, "Ermənistan etdiyi hərəkətlər sayəsində qazandığı "qeyri-dost" dövlətlərin əhatəsində olmaqla, iqtisadi artım üçün vacib olan potensialını məhv edib. Rusiya daima Ermənistanı yedizdirə bilməz. Ermənistanın iqtisadiyyatını inkişaf etdirmək, ərazisini tranzitə təqdim etmək üçün yaxşı imkanı var!, - politoloq Məmmədov bildirib.

"Ter-Petrosyan Ermənistanda hakimiyyətə gəlsə, vəziyyətə tam nəzarət edəcək", - politoloq belə hesab edir.

Xəbər lenti

Xəbər lenti