...

Azərbaycan-Rusiya sərhədinin delimitasiyası məsələsində problemlər hələ də qalmaqdadır - səfir (video)

Siyasət Materials 8 İyul 2008 14:11 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədinin delimitasiyası məsələsində problemlər hələ də qalmaqdadır - səfir (video)

Azərbaycan, Bakı, 08 iyul/ Trend , müxbir R.Novruzov/  Azərbaycan və Rusiya arasında dövlət  sərhədlərinin delimitasiyası üzrə razılıq hələ də əldə olunmayıb.

"Tərəflərin mövqeləri üst-üstə düşmür", - çərşənbə axşamı jurnalistlərə Rusiya səfiri Vasili İstratov deyib.

"Azərbaycan və Rusiya arasında dövlət  sərhədlərinin delimitasiyası ilə bağlı məsələnin həll edilməsi üzrə danışıqlar davam edir. Lakin tərəflərin bu məsələdə mövqelərinin üst-üstə düşməməsi səbəbindən vəziyyət tam aydınlaşmayıb", - deyən diplomat problemin məğzini dəqiqləşdirməyib.

"Problemin həll edilməsi üçün bütün səylər göstərilir", - o əlavə edib.

Məsələyə hər iki tərəfin xarici işlər nazirləri müavinlərinin başçılıq etdiyi ekspertlərin iştirakı ilə işçi qrup səviyyəsində baxılır. İndiyədək Azərbaycan-Rusiya dövlət sərhədinin 5 faizini təşkil edən üç ərazi müəyyənləşdirilməyib. Onlardan biri Samur çayı üzərində olan körpü, digəri Xaçmaz rayonunun meşə zolağı massividir, sonuncu ərazi isə Azərbaycan, Gürcüstan və Rusiya sərhədinin kəsişdiyi Balakən rayonundadır.

Xəbər lenti

Xəbər lenti