...

Amerikanın İranda nümayəndəliyinin açılmasına ali dini rəhbərin icazəsi lazımdır - Xameneinin nümayəndəsi

Siyasət Materials 8 İyul 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir T.Cəfərov / İranın Ali dini rəhbəri Əli Xameneinin Sepah korpusunun hərbi dəniz qüvvələrindəki nümayəndəsi Əli Şirazi çərşənbə axşamı jurnalistlərə müsahibəsində bildirib ki, Amerikanın nümayəndəliyinin İranda açılması İranın dini dəyərlərinə, müstəqilliyinə , gücünə zərbə vurmasa və həmçinin, İranın ali dini rəbəri icazə verərsə, Tehranda açıla bilər. Bu barədə İranın "İSCANEWS" agentliyi məlumat yayıb.

O bildirib ki, İran həqiqətləri və nailiyyətləri ilə Amerika ictimaiyyətini tanış edən hər bir hərəkəti İran xalqı və dövləti dəstəkləyir.

Şirazi sonda bildirib ki, İran dünya hegemonlarının hər bir ağılsız işinə çox ağır cavab verəcək.

İyulun əvvəlində ABŞ Dövlət Katibi Kondoliza Rays Vaşinqtonun Tehranda mənafeyini qoruyan ofisinin yaradılmasına hazır olduğunu bildirmişdi.

Müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti