...

Qafqazdakı münaqişələri yaxın gələcəkdə tənzimləmək mümkün olmayacaq - ABŞ kəşfiyyat xidmətləri

Siyasət Materials 10 İyul 2008 17:28 (UTC +04:00)
Qafqazdakı münaqişələri yaxın gələcəkdə tənzimləmək mümkün olmayacaq - ABŞ kəşfiyyat xidmətləri

Azərabycan, Bakı, 10 iyul/ Trend , müxbir E.Hüseynov/ ABŞ kəşfiyyat xidmətləri hesab edirlər ki, Qafqazdakı "dondurulmuş münaqişələr"-i yaxın gələcəkdə tənzimləmək mümkün olmayacaq. "Qafqazdakı münaqişələri yaxın gələcəkdə tənzimləmək mümkün olmayacaq", - ABŞ kəşfiyyat xidmətlərinin təhlükəsizlik təhdidləri üzrə hazırladığı məruzədə deyilir.

Tam mətni ilk dəfə açıqlanan məruzədə (Annual Threat Assessment of the Intelligence Community adlanır)

ABŞ-ın qarşılaşdığı problemlər sadalanıb, Trend Washington ProFile-a istinadən xəbər verir. Onlar arasında beynəlxalq terrorizm ("Əl Qaidə" və "Hizbullah"-ın fəaliyyəti xüsusilə analizə edilib), kütləvi qırğın silahının yayılması (Şimali Koreya və İran - 2009-cu ilin sonunda İranın nüvə silahı yarada biləcəyi güman edilir. Lakin bu çox "şübhəlidir"), İraqda, Əfqanıstanda və Pakistandakı mürəkkəb vəziyyət, Avropada, Afrika, Yaxın Şərq və Avrasiya regionunda siyasi stabillik problemləri, bəzi dövlətlərin peyk əleyhinə potensialının artırılması cəhdləri, enerji və ərzaq mallarının dünya qiymətlərinin artımı və.s vardır.

Məruzədə bir neçə dəfə Rusiyanın adı çəkilir. Rusiya, Çin və OPEC ölkələri siyasi məqsədlərə çatmaq üçün öz maliyyə və bazar potensialından istifadə edərək, ABŞ-a təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq ifadə olunur.

Həmçinin, göstərilir ki, Rusiya (Çinlə birlikdə) ABŞ infrastrukturuna qarşı kibermüharibənin aparılması üçün zəruri texniki imkanlara malikdir.

Bununla yanaşı, qeyd edilir ki,Vladimir Putin - Dmitri Medvedyev tandemi, çox güman ki, Rusiyadakı mövcud dövlət hakimiyyəti sisteminin dəyişilməsinə səbəb olmayacaq. Bu sistem dövlət institutlarının zəifliyi, korrupsiya və artan avtoritarizmlə xarakterizə edilir. Siyasi amil iqtisadiyyata zərər vurmayacaq, baxmayaraq ki, Rusiya iqtisadiyyatının artım tempi bir qədər  azalıb. Rusiyanın əsas problemi iqtisadiyyatın birsıra sahələrinə və silahlı qüvvələrin vəziyyətinə mənfi təsir göstərən demoqrafik amildir. Rusiyanın müdafiə problemlərinə məruzə müəllifləri "ağıllı və bacarıqlı hərbçilərin itirilməsi" kimi yanaşırlar.

Məruzədə Orta Asiyanın "radikal islamçı ideya və hərəkatlar üçün münbit mənbə" olması, Ukraynadakı siyasi qeyri-stabilliyin hələ uzun müddət davam edəcəyi də qeyd edilir

ABŞ-ın təhlükəsizliyi ilə bağlı belə məruzələri Amerika kəşfiyyat xidmətləri hər il Hərbi Xidmət üzrə Senat Komitəsinə (Senate Armed Services Committee) təqdim edirlər.

Xəbər lenti

Xəbər lenti