...

İlham Əliyev "Cəzaların İcrası Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanunun tətbiq ilə bağlı fərman imzalayıb

Siyasət Materials 12 İyul 2008 00:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti