...

İran - Azərbaycan əlaqələrinin inkişafına məhdudiyyət yoxdur- İranın XİN başçısı

Siyasət Materials 14 İyul 2008 18:18 (UTC +04:00)
İran - Azərbaycan əlaqələrinin inkişafına məhdudiyyət yoxdur- İranın XİN başçısı

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir T.Cəfərov / İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, Azərbaycan Respublikasının təhlükəsizliyi, sabitliyi, inkişafı İran İslam Respublikasının inkişafı və sabitliyidir. Bu barədə Müttəki bazar ertəsi Tehranda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə bildirib.

"İRNA" agentliyinin məlumatına əsasən, Müttəki iki dost və qardaş ölkənin müştərək dini, tarixi və mədəni sərmayələrinə işarə edərək bildirib ki, bu sərmayələr ikitərəfli əlaqələrin inkişafına mühüm dayaqdır. "Biz Azərbaycan Respublikası ilə əlaqələrin inkişafında heç bir məhdudiyyət blmirik, inanırıq əkinçilik, enerji, ticarət və iqtisadi əlaqələri artırmaq üçün olan potensiala əsasən, bu əlaqələr daha da genişlənə bilər" - deyə Müttəki əlavə edib.

Müttəki İran İslam Respublikasının Orta Asiya ölkələrinin, o cümlədən Azərbaycan qazının "Fars körfəzi" vasitəsi ilə ixracına hazır olduğunu bildirib.

İki ölkə arasında gediş - gəlişin asanlaşdırılması, turizmin inkişafı, İranda azərbaycanlı tələbələrintəhsil alması, bəzi proqramların həyata keçirilməsi, o cümlədən Culfa - Culfa körpüsünün, Ordubad Marazad elektrik stansiyasının tikilməsi məsələləri də görüşdə müzakirə olunub.

Talıbov deyib ki iki ölkənin əlaqələri gündən - günə inkişaf edir və İran prezidentinin Bakıya səfəri zamanı əldə olunmuş razılıqlar icra olunur. O bildirb ki, ilin ilk 6 ayı ərzində 80 min turist İrandan Azərbaycana, 72 min nəfər Azərbaycandan İrana səfər edib.

O əlavə edib ki, Azərbaycan iki ölkə arasında viza rejiminin qaldırılmasına hazırdır.

NAR Ali Məclisinin sədri bafar ertəsi İranın Şərqi Azərbaycan vilayətinin icra başçısı Məhəmməd Memarzadə ilə də görüşüb. Tərəflər Təbriz və Naxçıvan arasında elmi, ticari və sənaye sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti