...

Naxçıvanda DİN-nin pasport qeydiyyatı və miqrasiya xidməti üçün yeni bina istifadəyə verilib

Siyasət Materials 23 İyul 2008 09:12 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 23 iyul/ Trend , müxbir E.Məmmədov/ Naxçıvanda Daxili işlər nazirliyinin pasport qeydiyyatı və miqrasiya xidməti üçün yeni inzibati bina istifadəyə verilib. Açılış mərasimində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Daxili İşlər Naziri Ramil Usubov və Naxçıvan MR DİN-nin başçısı Əhməd Əhmədov.

Üç mərtəbəli binada qanunsuz miqrantlarla araşdırma mərkəzi, qanunzus miqrantların saxlanması üçün müasir kişi və qadın otaqları yaradılmış, onlar üçün lazımi məişət şəraiti yaradılmışdır və yeni xidməti avtomobillərlə təmin edilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti