...

İran Fransa informasiya agentliyinin Tehrandakı nümayəndəsinin ölkədən çıxmasını tələb edib

Siyasət Materials 23 İyul 2008 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir T.Cəfərov / İranın Mədəniyyət Nazirliyi Fransa informasiya agentliyinin Tehrandakı ofisinin direktor müavininin İrandan çıxmasını istəyib. Bu barədə Fransanın informasiya agentliyi məlumat yayıb.

Fransa informasiya agentliyinin Tehrandakı ofisinin direktor müavini İstivart Vilyamz bildirib ki, İranın Mədəniyyət Nazirliyi onu nazirliyə çağıraraq İranı tərk etməsini tələb edib.

Fransa informasiya agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Denis Hiyulet İranın bu hərəkətindən təəssüfləndiyini bildirib.

O əlavə edib ki, İrana dair xəbərləri işıqlandırmağa davam etmək niyyətindədirlər.

Vilyamz İngiltərə vətəndaşıdır və 2 ildir Tehranda fəaliyyət göstərir. Onun İranda qalmaq üçün vizası 2008-ci ilin avqust ayınadək etibarlıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti