...

Üç prezident Türkiyədə danışıqlar aparacaq - səfir

Siyasət Materials 23 İyul 2008 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir R.Novruzov/Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri cümə axşamı Türkiyənin Qars şəhərində danışıqlar aparacaqlar.

Prezidentlər ikitərəfli və regional əməkdaşlıq üzrə aktual məsələləri müzakirə edəcəklər, - çərşənbə günü telefonla Ankaradan Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov deyib.

Dövlət başçılarının görüşü iyulun 24-də Türkiyənin Şərq əyaləti Qarsda Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsinin təməl qoyma mərasimində iştirakları çərçivəsində keçiriləcək.

Dəmir yolunun tikilməsi haqqında razılaşmanı 2007-ci il fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Mixail Saakaşvili imzalayıblar.

Dəmir yolunun layihəsi üç dövlətin nəqliyyat, iqtisadi sistemlərinin birləşdirilməsi və kommersiya transaksiyalarının genişləndirilməsi məqsədilə işlənib hazırlanıb. Bakı-Tbilisi-Qars  regionda iqtisadi inkişafı gücləndirəcək, sülhü və stabilliyi qoruyacaq. Türkiyə layihəyə 380 mln. türk lirəsi

qoyub. Gürcüstan ,öz növbəsində, dəmir yolunun 29 km-lik hissəsini tikəcək və mövcud xətti  bərpa edəcək. Dəmir yolunun tikintisinin 2010-cu ildə başa çatdırılması gözlənilir.

Azərbaycan prezidenti Qarsa səfəri zamanı Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin heykəlinə əklil qoyacaq, Qarsda Azərbaycan konsulluğunun binasının tikintisi ilə tanış olacaq, - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti