...

Azərbaycan hakimiyyəti mitinqlərin keçirilməsi üçün yeni yerlərin ayrılmasının müzakirəsinə başlamalıdır - ATƏT-in nümayəndəsi

Siyasət Materials 30 İyul 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir İ.Əlizadə/ ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitiye hesab edir ki, Azərbaycan hakimiyyəti Bakı şəhərində mitinq və nümayişlərin keçirilməsi üçün yeni yerlərin ayrılması ilə bağlı müxalifət partiyaları ilə müzakirlərə başlamalıdır. "Hakimiyyət bu məsələdə təcili olaraq müxalifətlə razılığa gəlməyə çalışmalıdır", - deyə Azərbaycana səfərinin yekunları ilə bağlı çərşənbə günü Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heykki Talvitiye bildirib.

Trend -un arayışı: Bakı Şəhər İcra Hakimiyyəti paytaxda kütləvi aksiyaların keçirilməsi üçün beş meydan ayırıb. Lakin müxalifət həmin yerlərin əksəriyyətinin şəhərin mərkəzində xeyli aralıda yerləşdiyini əsas gətirərək, orada aksiyalar keçirməkdən imtina edir. Son iki ildə Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin təyin etdiyi aksiyaların əksəriyyətinə icazə verməyib.

ATƏT nümayəndəsit qeyd edib ki, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məsələləri Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Polis İdarəsinin rəhbərliyi və Mərkəzi Seçki Komissiyasının sədri ilə müzakirə edib.

Onun fikrincə, Azərbaycanda prezident seçkisi öncəsi vəziyyətin beynəlxalq tələblərə cavab verməsi üçün bir sıra səylər göstərilməlidir.

"Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunu beynəlxalq standartlara cavab verir. Əsas məsələ bu Qanunların tətbiqi vəziyyətidir. ATƏT Qanunların tətbiqinə cavabdeh olan şəxslərə gömək etməyə hazırdır", - deyə Talvitiye bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti