...

Aİ-nin xüsusi nümayəndəsi baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları davam etdirməyi məqsədəuyğun hesab edir (video)

Siyasət Materials 31 İyul 2008 16:23 (UTC +04:00)
Aİ-nin xüsusi nümayəndəsi baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları davam etdirməyi məqsədəuyğun hesab edir (video)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir R.Novruzov/ Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edir. Aİ-nn Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi cümə axşamı Bakıda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib. "Biz Azərbaycan və Ermənistan XİN rəhbərlərinin avqustun 1- də Moskvada keçiriləcək qarşıdakı görüşünü müzakirə etdik və vahid rəyə gəldik ki, danışıqlar baza prinsipləri əsasında davam etdirilməlidir", - Semnebi görüş başa çatdıqdan sonra jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ -ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

İki ölkə prezidentinin iyunda Sankt Peterburqda təklif etdikləri Dağlıq Qarabağ münaqişəsinin nizamlansı üzərində iş avqustun əvvəlində Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlarda əsas olacaq.

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernard Fasye bir müddət əvvəl Trend -a bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqlar Madrid təklifləri əsasında aparılacaq.

2007-ci ilin noyabrında ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının baza prinsiplərini nəzərdən keçirmək üçün Ermənistan və Azərbaycan prezidentlərinə təqdim ediblər. Həmsədrlər "Madrid təkliflərini" ədalətli və balanslaşdırılmış hesab edirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti