...

"Stat Oil" artıq İranda sərmayə yatırmayacaq

Siyasət Materials 1 Avqust 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend / ABŞ-ın sanksiyaları nəticəsində Norveçin "Stat Oil" şirkəti də İranın neft sənayesinə sərmayə yatırımını dayandırıb. Bu barədə Britaniyada çap olunan "Financial Times" qəzetinin cümə günü nömrəsində xəbər verilib.

"Stat Oil" şirkətinin səhmlərindən 62,9 faizi Norveçə məxsusdur. Şirkət son illər ərzində İranda öz fəaliyyətini xeyli genişləndirmişdi.

Qəzetin verdiyi məlumata görə, "Stat Oil"in rəhbəri bildirib ki, şirkət "Cənub Pars" qaz yatağının 6, 7 və 8-ci fazalarındakı fəaliyyətini də azaldacaq. Onun sözlərinə görə, şirkət gələn il bu fazalar istismara verildikdən sonra isə oranın idarə edilməsini İranın Milli Neft Şirkətinin öhdəliyinə verəcək.

ABŞ Dövlət Departamenti keçən ay "Stat Oil" şirkətinin İrandakı fəaliyyəti ilə bağlı araşdırmalar aparılacağı barədə bəyanat vermişdi.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti