...

Azərbaycan MSK-sı daha 5 nəfərin prezidentliyə namizədliyini təsdiq edib

Siyasət Materials 9 Avqust 2008 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) şənbə günü keçirilən iclasında qarşıdan gələn prezident seçkilərində iştirak etməyə iddialı olan daha 5 nəfərin namizədliyini təsdiq edib. Trend -un məlumatına görə, MSK üzvlərinin qərarı ilə siyasi təşkilatlardan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi MSK üzvləri tərəfindən yekdilliklə təsdiq olunub. MSK üzvlərinin yekdil qərarı ilə həmçinin namizədliyi özü tərəfindən irəli sürülən Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) təsdiq edilib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. MSK-nın cümə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) namizədliyini təsdiqləmişdi.

Hazırda prezidentliyə iddialı şəxslərin sayı 11 nəfərdir. Namizədlər 10 gün müddətində 40 min seçici imzası toplayaraq MSK-ya təqdim etməlidirlər.

İclasda, həmçinin Əli Əhmədov, Mubariz Qurbanlı və Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, hazırki dövlət başçısı İlnam Əliyevin səlahiyyətli nümayəndələri təsdiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti