...

Gürcüstan Azərbaycanı dəstəkləməyə çağırır-səfir (Video)

Siyasət Materials 9 Avqust 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust / Trend , müxbir C.Babayeva/ Rəsmi Tbilisi Azərbaycanı Gürcüstanın çətin vaxtında onu dəstəkləməyə və Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün danışıqlar aparmağa çağırır, şənbə günü mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze bildirib.

їHazırda gürcü şəhərlərinin bombalanması davam edir. Rusiya beynəlxalq normaları pozur, çünki atəşə məruz qalan ərazilər münaqişə zonasına aid deyilї səfir deyib.

Natbiladzenin sözlərinə görə, Rusiya KİV-ləri Gürcüstan prezidentinin infarkt vəziyyətində olması və Türkiyəyə getməyə hazırlaşdığı barədə dezinformasiya yayırlar. їSaakaşvilinin səhhəti normaldır və ölkəni tərk etməyə hazırlaşmırї səfir bildirib. Onun sözlərinə görə, Tsxenvali ərazisinə Gürcüstan ordusu nəzarət edir.

їBiz Azərbaycana Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür edirikї gürcüstanlı diplomat əlavə edib. Səfirin bildirdiyinə görə, Gürcüstan hələki hərbi köməyə görə Qərbə müraciət etməyə hazırlaşmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti