...

Suriya prezidenti Moskvaya səfər edəcək

Siyasət Materials 12 Avqust 2008 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust/ Trend , müxbir Ü.Sadıqova/ Suriya prezidenti Bəşər Əsəd Rusiyaya işgüzar səfər edəcək.

Suriya prezidentinin səfəri avqustun 21-də baş tutumalıdır. Bu barədə Trend -a çərşənbə axşamı Suriya XİN mətbuat katibi Hişam əl-Əla məlumat verib.

Səfər zamanı Rusiya və Suriya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Mətbuat katibi səfərin konkret məqsədləri barədə danışmaqdan imtina edib.

Suriya prezidenti sonuncu dəfə Moskvaya 2006 - cı ilin dekabrında səfər edib.

Moskva və Dəməşq onilliklər ərzində, əsasən, hərbi əməkdaşlıq sahəsində sıx münasibətlər saxlayırlar. İki ölkə arasında mal dövriyyəsi təqribən 1 mlrd. dollar təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti