...

Polşadakı Amerika RƏM sisteminin hədəfi Rusiya yox, İrandır - ekspertlər

Siyasət Materials 15 Avqust 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust/ Trend , müxbirlər G.Əhmədova, E.Tariverdiyeva/ Moskva bəyan edir ki, Amerikanın Polşada yerləşdirəcəyi raket əleyhinə müdafiə sistemi, Rusiyaya qarşı yönəlib. Ekspertlər isə bildirirlər ki, Polşadakı ABŞ RƏM sisteminin  əsas hədəfi - İrandır.

"ABŞ-ın Polşada yerləşdirməyə hazırlaşdığı RƏM İrana qarşı yönəlib. O, Rusiyaya qarşı yönələ bilməz. Belə ki, bu, texniki nöqteyi-nəzərdən mümkün deyil", - Trend -a Mokvadan telefonla aparıcı hərbi ekspert Pavel Felgenhauer deyib.

Polşa Xarici İşlər Nazirliyi ABŞ-ın Polşada raket əleyhinə obyektlərinin yerləşdirilməsinə razılıq verib. Beləliklə, Varşava və Vaşinqton arasında bu məsələ üzrə mürəkkəb danışıqlar müvəffəqiyyətlə başa çatıb.

"Avropada yeni RƏM qüvvələrinin yerləşdirilməsinin məqsədi Rusiya Federasiyasıdır və buna müvafiq məqam seçilib", - Rusiya prezidenti Medvedyev Almaniya kansleri Angela Merkellə bu gün Soçidə birgə mətbuat konfransında deyib, - "Vesti" telekanalı xəbər verir.

Hərbi ekspert Felgenhauerin sözlərinə görə, bu raket tutanların Rusiyaya qarşı yönələ bilməməsi, hərbi-texniki faktdır.  

"Lakin siyasi cəhətdən bu, Rusiya və Qərb arasında kəskin qarşıdurmaya çevrilib", - Felgenhauer deyib.

Onun fikrincə, bu hərəkət Rusiyanın yürütdüyü siyasətlə bağlı olan narahatlıqla əlaqədardır. Orada raket tutanlardan başqa, ABŞ və Polşanın razılaşdırdığı "Patriot" batareyası da olacaq, - o əlavə edib.

"Onlar da RƏM-in vəzifələrini yerinə yetirə və Polşanı mümkün Rusiya hücumundan müdafiə edə bilərlər", - Felgenhauer qeyd edib.

Ekspertin fikrincə, hər iki raket tutan Rusiyaya hücum edə bilməz; onalr tam müdafiə xarakterlidir.

Britaniyalı ekspert Robin Şeferd (Robin Shepherd) də RƏM sisteminin Rusiyaya qarşı yönəlmədiyi fikrinə tərəfdardır. Onun fikrincə, Rusiyanın Gürcüstanla davranışından sonra, Polşanı ABŞ-la daha çox yaxınlıq etməkdə təqsirləndirmək çətindir.

Qərb, xüsusilə də Amerika strategiyası, Rusiyaya real təhlükə kimi baxmır, - ekspertlər hesab edirlər.

"Onlar Rusiyanın Avropaya müdaxiləsini və ya ona qarşı kütləvi qırğın silahından istifadə cəhdini hesab etmirlər", - Trend -a elektron poçtu ilə Londondan Chatham House Mərkəzinin Avropa məsələləri üzrə eksperti Şeferd deyib.

Fanatik islam hakimiyyətinin nüvə silahını yaratmağa çalışdığı İrana gəldikdə isə, Şeferd hesab edir ki, amerikalılar bu mövzuya dair tamam başqa nöqteyi nəzərə malikdirlər.

Britaniyalı ekspert əmindir ki, ruslar bunu bilirlər və Rusiyanın etirazları,sadəcə olaraq, "daxili istehlaka"işlənib və istiqamətlənib.

"Rusiyanın etirazlarında, Sovet İttifaqı dağıldıqdan sonra, onun qüdrətinin alçaldılması ilə bağlı dərin fikir gizlənilir", - Şeferd vurğulayıb.

Bunadək ABŞ Çexiya və İstraildə RƏM sisteminin qurulması barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti