...

Azərbaycanın müxalif partiyası seçki ilə bağlı qərarına yenidən baxacaq

Siyasət Materials 22 Avqust 2008 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycaının müxalif Ədalət Partiyası prezident seçkilərində iştirak etməməklə bağlı son qərarını verməyib. "Bu ayın sonuna kimi partiyanın Siyasi Şurasının iclası olacaq və seçkidə öz namizədimizlə iştirak edib-etməməklə bağlı son qərar veriləcək", cümə günü Tren News-a Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Şükürlü bildirib ki, partiyanın sədri İlyas İsmayılov hazırda Rusiyadadır. Onun gələn həftə Bakıya dönməsi nəzərdə tutulur. "İsmayılov ilkin olaraq bildirib ki, o, seçkidə namizədliyini vermək istəmir. Ancaq bu son qərar deyil. Yekun qərar Siyasi Şurada veriləcək. Bu baxımdan partiyanın seçkilərə qoşulacağını tam istisna etmək olmaz", - deyə bildirib.

Müxalifətçi Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cu ildə ADP-yə birləşib. 2000-ci ildə "Ədalət"çilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2001-ci ildən indiyək Ədalət Partiyasına İsmayılov sədrlik edir. İsmayılov 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd olub və hazırda Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti