...

NATO Qara dənizdə hərbi dəniz qüvvələrini artırmağa davam edir – RF Baş qərargah rəisinin müavini

Siyasət Materials 26 Avqust 2008 15:02 (UTC +04:00)

NATO hərbi dəniz qüvvələrinin Qara dəniz akvatoriyasında fövqəladə fəallığı təəccüb doğurur, RF Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın çərşənbə axşamı Moskvada birfinqdə bildirib, "Vesti" telekanalı xəbər verir.

"Dünən doqquz NATO gəmisi dənizdə idi və artıq avqustun 25-də axşam ABŞ hərbi dəniz qüvvələrinin freqatı Bosfor boğazına daxil olub. Bizə məlum olduğu kimi, daha səkkiz gəminin bura gələcəyi gözlənilir", - Noqovistın bildirib.

"Gürcüstan NATO-nun yardımı ilə hərbi infrastrukturu bərpa edir", - o əlavə edib.

Onun sözlərinə görə, RF QD Qara dəniz avkatoriyasının təhlükəsizliyini təmin etməyə davam edir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlanıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti