...

Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması qərarı beynəlxalq hüquqa istinad edir - Rusiya XİN

Siyasət Materials 26 Avqust 2008 21:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust/ Trend , müxbir C.Babayeva/ Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması qərarı beynəlxalq hüquq prinsiplərinə istinad edir, - Rusiyanın xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Sənəddə qeyd edilir ki, Rusiya tərəfi bu addımı atarkən, BMT Nizamnaməsi Əsasnamələrinə, Helsinki Yekun Aktına, dövlətlər arasında dostluq münasibətlərinə dair 1970-ci il tarixli Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannamə də daxil olmaqla, digər əsas beynəlxalq sənədlərə istinad edib.

їBu Bəyannaməyə müvafiq olaraq, hər bir dövlət, xalqların öz müqəddəratını təyin etmək, azadlıq və müstəqillik hüquqlarından məhrum edən hər hansı zorakı hərəkətlərdən çəkinməli, öz hərəkətlərində xalqların bərabərhüquqlu olmasına və öz müqəddəratını təyin etmək prinsiplərinə əməl etməli, həmin ərazidə yaşayan bütün xalqı təmsil edən hökuməti olmalıdır. Heç bir şübhə yoxdur ki, Mixail Saakaşvili dünya ictimaiyyətinin müəyyən etdiyi bu yüksək standartlara heç bir şəkildə uyğun deyilї, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Sənəddə bildirilir ki, Rusiya Federasiyasının prezidenti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması və Cənubi Osetiya və abxaz xalqları, parlamentləri, iki respublika prezidentləri, Rusiya xalqının rəyi, Federal Məclisin hər iki Palatasının mövqeyini nəzərə almaqla, onlarla Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin bağlanmasına dair qərar qəbul edib.

їGürcü xalqına səmimi dostluq və rəğbət hissləri bəsləyən Rusiya əmindir ki, gec - tez Gürcüstanın həqiqətən də ölkələrinin qayğısına qala və Qafqazın bütün xalqları ilə qarşılıqlı ehtirama əsaslanan, bərabər hüquqlu, mehriban qonşuluq münasibətlərini inkişaf etdirə biləcək layiqli rəhbərləri olacaq. Rusiya hər vasitə ilə buna yardım etməyə hazırdırї, - bəyanatda bildirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti