...

Sentyabrın 1-də dünyanın bütün xalqları Gürcüstanla canlı həmrəylik sipəri quracaqlar - patriarx

Siyasət Materials 28 Avqust 2008 18:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Sentyabrın 1-də dünyanın bütün xalqları Gürcüstana dəstək məqsədilə canlı zəncir quracaq. Cümə axşamı Məryəm Ananın vəfatı günü münasibətilə keçirilmiş dua mərasimində bütün Gürcüstanın patriarxı İkinci İliyanın dediyinə görə, həmin gün  "bütün dünya Gürcüstanın tərəfində duracaq".

Patriarx gürcü xalqını da bu canlı zəncirə qoşulmağa çağırıb. "Mən sizi bu aksiyada iştirak etmək üçün dua edirəm", - İkinci İliya bəyan edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib.   

Xəbər lenti

Xəbər lenti