...

Sentyabrın 5-6-da Bakıda Xəzər məsələləri müzakirə ediləcək

Siyasət Materials 30 Avqust 2008 22:42 (UTC +04:00)
Sentyabrın 5-6-da Bakıda Xəzər məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 30 avqust / Trend müxbir R.Novruzov/ Sentyabrın 5-6-da Bakıda Xəzər məsələlərinə dair sammit keçiriləcək. Bu barədə bu gün "Gülüstan" sarayında Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir zamanı jurnalistlərin suallarını cavablandırarkən Qazaxstanın Azərbaycandakı səfiri Serik Primbetov məlumat verib.

O bildirib ki, sammitdə beş xəzəryanı ölkənin prezidentlərinin xüsusi nümayəndələrinin iştirakı gözlənilir.

Sentyabrın 4-də Bakıda Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənməsinə dair beştərəfli Xüsusi işçi qrupunun sayca 23-cü iclası keçiriləcək. Qrupun xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinləri səviyyəsindəki iclası iyulun 23-24-ə planlaşdırılmışdır. Lakin bu görüş texniki səbəblərə görə baş tutmağından bu ilin sentyabrına təxirə salınıb.

Xəzərin statusu ilə bağlı məsələdə əsas problem İranın mövqeyi ilə bağlıdır. Bu ölkə Xəzərin səthi və dibinin 20 faizinin ona çatacağını iddia edir.

Xəbər lenti

Xəbər lenti